"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" arasında anlaşma

"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" arasında anlaşma
XƏBƏR 18 Oktyabr 2023 / 13:17 4158
-  A +

"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" arasında səfər oyunları ilə bağlı razılıq əldə olunub.

Qol.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb. Razılığa əsasən, "Qalatsaray", "Fənərbaxça" və "Beşiktaş" arasında oynanılacaq matçlar üçün qonaq komanda tribunası qadağası aradan qaldırılıb. Yəni, bu komandaların görüşlərində qonaq komandaların azarkeşləri tribunalarda yer ala biləcəklər.

Qeyd edək ki, Superliqanın 9-cu turunda, oktyabrın 21-də "Qalatasaray" "Beşiktaş"ı qəbul edəcək. Oyunu "Beşiktaş" azarkeşləri də stadiondan canlı izləyə biləcəklər. 


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner