"Sumqayıt"ın futbolçusu oynadı, Pakistan qələbə qazandı

"Sumqayıt"ın futbolçusu oynadı, Pakistan qələbə qazandı
XƏBƏR 17 Oktyabr 2023 / 19:25 2559
-  A +

Pakistan millisi bu gün DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin ilkin raundunda evdə Komboca ilə cavab matçına çıxıb. 

Qol.az xəbər verir ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Pakistan yığması iki görüşün nəticəsinə əsasən (0:0; 1:0) Asiya üzrə seçmə mərhələ yarışlarının qrup mərhələsinə yüksəlib. 

Kombocia ilə cavab oyununda Pakistanın heyətində "Sumqayıt"ın futbolçusu İsa Suliman da iştirak edib. 25 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və sonadək oynayıb.

Pakistan - Komboca - 1:0

Qol: Hamid, 68

İlk görüş - 0:0


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner