Azərbaycanın U-19 millisi Özbəkistana yenə uduzdu

Azərbaycanın U-19 millisi Özbəkistana yenə uduzdu
XƏBƏR 16 Oktyabr 2023 / 17:56 1489
-  A +

Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Qol.az xəbər verir ki, komanda Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Bu görüşdə Azərbaycan yığması 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, U-19 daha əvvəl bu rəqibə 0:3 hesabı ilə məğlub olmuşdu.


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner