Şeydayevin komandası Asiya Çempionlar Liqasında uduzdu

Şeydayevin komandası Asiya Çempionlar Liqasında uduzdu
XƏBƏR 4 Oktyabr 2023 / 16:48 3135
-  A +

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" Asiya Çempionlar Liqasında 2-ci tur oyununa çıxıb.

Qol.az xəbər verir ki, Tailand təmsilçisi səfərdə "Kofu" (Yaponiuya) ilə qarşılaşıb. Görüş Yaponiya klubunun qələbəsiylə başa çatıb - 1:0.

Start heyətdə meydana çıxan Ramil 90+1-ci dəqiqədə əvəzlənib.

İlk turda Çinin "Zhejyanq" klubuna 4:1 hesabı ilə qalib gələn "Buriram Yunayted" qrupda 3 xalla 3-cü sıradadır. 

Daha çox


Son xəbərlər
topaz banner