Ölkə çempionatının 2-ci turu çərçivəsində keçirilən “Neftçi” İK – “Araz-Naxçıvan” oyununu izləyənlər arasında Azərbaycan millisinin üzvü Rövşən Hüseynli də vardı. Karyerasını Qazaxıstanın “Atırau” klubunda davam etdirən, millinin toplanışı üçün Bakıya gələn qolkiperin Azərbaycan Futzal Federasiyasının saytına müsahibə verib.
- Qazaxıstanda yeni mövsümə ötən həftə start verildi. “Atırau” çempionata necə başladı?
- Yaxşı başladıq. Dogma meydanda 2 oyun keçirdik. “Astana” ilə ilk matçda 4:3, növbəti görüşdə 1:0 hesabı ilə qələbə qazandıq. Hazırda 6 xalla ilk iki pillədən birində qərarlaşmışıq.
- Necə fikirləşirsən, cari mövsümdə “Kayrat”a güc göstərəcək komandalar var?
- Ötən illə müqayisədə cari mövsümdə güclü komandalar çoxdur. “Ayat”dan başqa bura “Atırau”, “Aktobe”, “Semey” klubunu da əlavə etmək olar. Hər bir iştirakçı istənilən komanda ilə mübarizə aparacaq gücdərdir.
- Bir neçə gündən sonra DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Qazaxıstanla millimizin 2 vacib oyunu olacaq. Qazaxıstanlı futzalçılara daha yaxşı bələd olan biri kimi, oyunlarla bağlı nə düşünürsən?
- Qazaxıstan millisinin baş məşqçisi Kakanı yaxşı tanıyırıq. Onun hansı oyun üslubuna, taktiki gedişlərə üstünlük verdiyini bilirik. Oyunöncəsi şanslar bərabərdir: 50-nin 50-yə. Bizim heyətdə də oyunu dəyişə biləcək futzalçılar var. Artıq yeni baş məşqçinin rəhbərliyi altında oynayırıq. Onun oyun fəlsəfəsi, düşüncəsi, tələbləri fərqlidir. Bu fərqlilik rəqibi çaşdıra bilər.
- Rəqibin güclü tərəfləri hansılardır?
- Onlar daha rəqabətli çempionatda çıxış edirlər. Düzdür, ölkə xaricində ancaq Leo oynayır – Braziliya çempionatında, amma Qazaxıstan çempionati bu gün Avropada seçilən liqalardandır. Bayaq qeyd etdiyim ki, komandalar bir-biri ilə başabaş mübarizə aparacaq gücdədirlər. Bu da oyunçuların daha hazırlıqlı olmasına imkan verir. Bizdə vəziyyət bir qədər fərqlidir. Toplanış zamanı bu fərqi aradan qaldırmağa çalışacağıq.
- Əsas tapşırıq nə olacaq?
- Əlbəttə, Bakıdakı oyun zamanı dogma meydan amilindən yararlanmalı, maksimum xalla ayrılmalıyıq. Çünki onlarla keçirəcəyimiz 2 oyunun nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək. İkinci oyun rəqib meydanında olacaq, bu dəfə onlar bundan maksimum istifadə etməyə çalışacaq. Üstəlik, biz səfər edəcəyimizə görə yol yorğunluğu ola bilər. Bundan başqa, ilk oyundan sonra hər iki komanda bir-birini daha yaxşı tanımış olacaq. Onlar da oyuna ciddi hazırlaşırlar. Təsadüfi deyil ki, toplanışa daha erkən başlayıblar.
- Rumıniyaya gözlənilməz məğlubiyyətdən sonra Niderlandı böyükhesabla yendik. Bu qrafikin artan xətt üzrə davam edəcəyini gözləmək olarmı?
- Məncə, elə də olacaq. Rumıniya ilə oyundan əvvəl komanda şəklində az hazırlıq keçmişdik. Martdan sonra demək olar, komanda toplaşmamışdı. Ona görə də anlaşılmazlıq var idi. Futzalda standart vəziyyətlərin önəmi böyükdür. Bunu da düzgün icra etmək üçün daha çox bir yerdə məşq etməli, oyun keçirməlisən. Həm də Rumıniyadakı zalın örtüyü intensiv, sürətli oyun keçirməyə imkan vermirdi. Niderlandla qarşılaşmada anlaşma daha yaxşı idi. Yeni baş məşqçinin nə istədiyini bilirdik.
- Qazaxıstandan baş məşqçi üçün hansısa “sirr” gətirmisən?
- (gülür) Əliboş gəlməmişəm. Müəyyən qeydlərim var. Amma baş məşqçi ilə hələ ki görüşümüz olmayıb. Toplanış vaxtı danışacağıq.
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı