“Səbail”lə matçda biz yaxşı oynasaq da, çoxsaylı qol epizodlarını yaradan komandamız olsa da, 3 xalı rəqib qazandı. Əlbəttə, futbolun bu tərəfi də var: sən vurmasan, sənə vuracaqlar".
Qol.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın futbolçusu Tural Bayramlı klubun rəsmi saytına açıqlamasında deyib.
25 yaşlı yarımmüdafiəçi artıq "Səbail"Lə oyunu unudub, “Zirə” ilə matça kökləndiklərini bildirib:."Məşqlərimizi gündə bir dəfə olmaqla davam etdirirk. Uşaqlar həvəslə hazırlaşır, əhval-ruhiyyə də yaxşıdır. Oyunumuzu bu şəkildə davam etdirsək, həm xal ehtiyatımızı artıracağıq, həm də komandalara başağrısı olacağıq. “Zirə” çempionatın iddialı komandalarındandır. Baş məşqçi Rəşad Sadıqov yaxşı işlər görüb. Bazar günü keçiriləcək matçda özümüzə uğurlar arzulayıram”.
T. Bayramlı "Zirə"nin çempionatın lideri olmasının onlar üçün narahatlıq yaratmadığını da qeyd edib: “Biz meydana çıxanda rəqibin hansı pillədə qərarlaşmasına deyil, öz oyunumuza, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə diqqət edirik. Təbii ki, zirvədə qərarlaşıblarsa, deməli, güclüdürlər. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Buna nə dərəcədə nail olacağımız oyun zamanı yaradacağımız qol epizodlarını realizə etməyimizdən asılıdır. Azarkeşlər baxımlı və maraqlı futbol izləyəcəklər”.
Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq "Araz-Naxçıvan" - "Zirə" qarşılaşması saat 18:30-da başlayacaq.
Pedri mükafatlandırıldı
Emin Mahmudovun möhtəşəm qolu, "Neftçi"nin qələbəsi - Video
Misli Premyer Liqasına yüksələn klub bəyanat yaydı
Rəşad Sadıqov nəyə məyus oldu?
Volkovun "Zirə"yə qələbə gətirən qolu - Video
"Turan Tovuz" - "Neftçi": Heyətlər
Bu ölkədə şahmat qadağan edildi
"Barselona" üçün "El-Klassiko"dan öncə şad xəbər
Azərbaycanda ayın ən yaxşı qolları müəyyənləşdi
Selçuk İnan istefa verdi
"Səbail" - "Zirə": Heyətlər açıqlandı
Fabreqas A seriyasında ən yaxşı məşqçi seçildi
"Baş məşqçimizin bu qələbədə rolu böyük oldu"
Məşhur nəşr də Arda Turanın yeni komandasını açıqladı
"Zaqatala"dan "Karvan"a 3 cavabsız qol - Video
“UEFA prezidentinin sözlərini eşidəndə utandım”
Birinci liqada oyunların vaxtı açıqlandı