"Qəbələ"nin üç futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

"Qəbələ"nin üç futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
XƏBƏR 24 Sentyabr 2023 / 15:27 1927
-  A +

“Qəbələ” Misli Premyer Liqasının 7-ci turunun sabah keçiriləcək oyununda “Qarabağ”la qarşılaşacaq.

Qol.az klubun saytına istinadən xəbər verir ki, ev görüşünün hazırlığında “qırmızı-qaralar”ın üç futbolçusu iştirak etmir. 6-cı turun “Turan Tovuz”la səfər qarşılaşmasında (2:2) zədə aldığı üçün əvəzlənən Urfan Abbasov müalicəsini davam etdirir. Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesi keçir.

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü 19:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner