"Neftçi" və "Zirə" arasında keçiriləcək oyunların yeri dəyişdirildi

"Neftçi" və "Zirə" arasında keçiriləcək oyunların yeri dəyişdirildi
XƏBƏR 21 Sentyabr 2023 / 14:11 1867
-  A +

Bir müddət öncə renovasiya  işlərinə start verilmiş “Neftçi Arena”nın son durumu Peşəkar Futbol Liqası tərəfindən  araşdırılıb.

Qol.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Məlum olub ki, stadionun ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil. Peşəkar Futbol Liqası tərəfindən mövsümdən öncə qəbul olunmuş digər stadionların hazırkı cədvəli və ümumi durumu uyğun olmadığı üçün “Neftçi” klubunun rəsmi müraciətini, “Zirə”  klubunun razılıq məktubunu əsas götürən PFL “Neftçi”  və “Zirə”  klubları arasında keçiriləcək 1-ci və 2-ci dövrə görüşlərinin  yerini dəyişdirib.

Belə ki, şənbə günü keçiriləcək “Zirə”  - “Neftçi”  oyunu  Zirə İdman Kompleksində olacaq. Oyun saat 20:30-da start götürəcək.

Qeyd edək ki, bu qərar əvəzedici komandalara aid edilmir.

Daha çox


Son xəbərlər
topaz banner