Azərbaycan millisinin üzvü, bir neçə gün öncə "Qarabağ"dan "Adana Dəmirspor"a transfer olunan Şahruddin Məhəmmədəliyev Türkiyə mətbuatına açıqlama verib.
Qol.az xəbər verir ki, 29 yaşlı qolkiper Türkiyədə çıxış etmiş bəyəndiyi qapıçıların adlarını çəkib:
“Qapıçı kimi heç vaxt idealım olmayıb. Amma Fernando Musleranı qeyd edə bilərəm. Uzun illərdir ki, yüksək səviyyədə performans göstərir. Çox yaxşı qapıçı olduğuna inanıram. Onunla yanaşı, mənim də dostum və burada əvvəllər oynamış İbrahim Şehiçi deyə bilərəm. Həqiqətən yaxşı qapıçılardır, onları bəyənirəm".
Şahruddin rəqib komandaların hücumçularından çəkinmədiyini xüsusi vurğulayıb: "Hücumçu məsələsinə gəlincə, çəkindiyim biri yoxdur. Əksinə, böyük oyunçulara qarşı oynamağı sevirəm. Abubakar və İkardi kimi hücumçulara qarşı oynamaq mənim üçün problem deyil".
O, "Adana Dəmirspor"a keçidi haqda bunları deyib: "Adana Dəmirspor”a gəlməmişdən əvvəl azarkeşlərlə bağlı məlumatım var idi. Çünki izləyirdim. Bu klubun bir parçası olduğum üçün şadam. Mənim mövqeyimdə Ertaç və Karaçiç var. Çətin rəqiblərdir. Ötən mövsüm Ertaç yaxşı performans göstərib. Vedat üçün də eynisini deyə bilərəm. Gənc qapıçılarla birlikdə yaxşı rəqabət olacaq".
Məhəmmədəliyev bunu da qeyd edib ki, Azərbaycan millisinin üzvü olduğu üçün şaddır: "Azərbaycan millisini və “Qarabağ”ı hər kəs tanıyır. “Qarabağ”da oynamışam. Çox önəmli və böyük komandadır. Bütün Türkiyənin bu komanda haqda bilgisi olduğunu düşünürəm. Eyni zamanda Azərbaycan millisinin üzvüyəm. Buna görə də çox xoşbəxtəm".
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı