"Sabah"ın tarixi uğurlarında pay sahibi olmaq istəyirəm"

"Sabah"ın tarixi uğurlarında pay sahibi olmaq istəyirəm"
XƏBƏR 14 Sentyabr 2023 / 16:59 1949
-  A +

"Sabah"ın yeni transferi İshak Belfodil Paytaxt təmsilçisinə keçidi barədə danışıb.

Qol.az xəbər verir ki, 31 yaşlı əlcəzairli hücumçu klubun mətbuat xidmətinə açıqlmasında "Sabah"a gəldiyi üçün şad olduğunu deyib: 

"Burada olmaqdan çox şadam. Yeni klubumda ilk oyuna çıxacağım anı səbirsizliklə gözləyirəm. “Sabah” gənc klubdur. Burada əsas məqsədim klubun tarixi uğurlarında pay sahibi olmaqdır. Azarkeşlərimizə məni xoş qarşıladıqlarına görə təşəkkür edirəm. İnşallah, mən və komanda var qüvvəmizlə çalışaraq əlimizdən gələni edəcəyik ki, onları müsbət nəticələrimizlə sevindirək".

Qeyd edək ki, "Sabah" Belfodillə 2+1 illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
topaz banner