AFFA 2-ci liqa klubuna texniki məğlubiyyət verdi

AFFA 2-ci liqa klubuna texniki məğlubiyyət verdi
XƏBƏR 13 Sentyabr 2023 / 16:28 2603
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 2-ci turundakı qada pozuntuları ilə bağlı qərarlar verilib. 

"Ağdaş" - "Baku Sportinq" oyununun (2:4) nəticəsi ləğv edilib. Matçın 58-ci dəqiqəsində “Baku Sportinq”in heyətində adı oyunun rəsmi protokolunda olmayan 10 nömrəli futbolçu Elgün Abbaslı meydançaya daxil olduğuna görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmçinin “Baku Sportinq” klubu 400 manat cərimə edilib.

Daha çox


Son xəbərlər
topaz banner