Ötən gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) - "Jelezniçar" (Bosniya və Herseqovina) cavab görüşü (1:2, ilk oyun - 2:2) Bakıda, "Azersun Arena"da keçirildi. Azərbaycan ilk dəfə bir avrokubok oyunu üçün neytral meydan olaraq seçildi. Qarşılaşmanın təşkilatçılığı isə “Can Sports” idman turizmi və konsaltinq şirkəti tərəfindən edildi.
“Can Sports” idman turizmi və konsaltinq şirkətinin rəhbəri Nurlan İbrahimovla Qol.az-a açıqlamasında əvvəlcə deyib ki, görüşün "Azersun Arena"da keçirilməsi haqda danışıb. O deyib ki, arena UEFA tərəfindən müəyyən edilən bütün tələblərə cavab verdiyi üçün görüş burada oynanılıb: "Belarus klubları məlum səbəblərə görə avrokubok matçlarını neytral meydanda keçirməli idilər. "Dinamo" (Minsk) bununla bağlı olaraq Azərbaycan variantına üstünlük verdi. "Azersun Arena" UEFA-nın müvafiq kateqoriyasının tələblərinə uyğun gəlir. "Qarabağ" Çempionlar Liqası matçını Bakı Olimpiya Stadionunda oynadığına görə "Dinamo" - "Jelezniçar" görüşünü "Azersun Arena"da keçirmək şəraiti yarandı. Nəticə etibarə ilə qarşılaşmanın "Azersun Arena"da oynanılması üçün hər hansı bir problem qalmadı. Ona görə də "Azersun Arena" seçildi".
O, görüşün təşkilinin xüsusi diqqət tələb etdiyini, buna baxmayaraq, təşkilatçılıqda heç bir problem yaşamadıqlarını dilə gətirib: "Bu matç avrokubok oyunu olduğuna görə bütün lazımi şərtlərə cavab verilməli idi. Mənə müraicət olunanda şirkət olaraq bunu öz üzərimizə götürdük. Burada vacib məsələ ondan ibarət idi ki, "Azersun Arnea"da daha əvvəl avrokubok oyunu keçirilməmişdi. Düzdür, U-17 komandalar arasında Avropa çempionatı görüşü oynanılmışdı, amma avrokubok qarşılaşması olmamışdı. Lakin təbii ki, "Qarabağ"ın texniki heyəti təcrübəlidir. Uzun iillərdir ki, bu işin içində idilər. Bununla bağlı problem olmamalı idi, olmadı da. Bütün şərtlər yerinə yetirildi. Heç bir problem yaranmadı".
N.İbrahimov vurğulayıb ki, təşkilatçılıq və arenanın durumu UEFA nümayəndəsi tərəfindən də yüksək qiymətləndirilib: "Bu qarşılaşmanın spesifik cəhəti bu idi ki, təşkilatçı tərəf məsələdə hər iki klubun maraqlarını qorumalıdır. "Dinamo" nominal meydan sahibi sayılsa da, özləri də prinsip ehtimalı ilə qonaq olduqlarına görə yük ikiqat olurdu, iş xüsusi diqqət tələb edirdi. Biz də bütün texniki işlər yüksək səviyyədə həyata keçirilmişdi. Həm "Can Sports” idman turizmi və konsaltinq şirkəti, həm də "Qarabağ"ın texniki bölməsi tərəfindən hər hansı bir problem olmadı. Görüşün UEFA nümayəndəsi türkiyəli Hamdi Çavuşoğlu idi. O, həm təşkilatçılığı yüksək qiymətləndirdi, həm də ot örtüyünün çox mükəmməl səviyyədə olduğunu bildirdi. Xırda neqativ detal belə qeydə alınmadı. Bu təşkilatçılığa görə təşəkkür etdilər".
N.İbrahimov sonda gələcəkdə də belə oyunların təşkilatçılığı üzərində işləmək niyyətində olduqlarını qeyd edib: "Əslində bu cür ideyaların olmağı yaxşıdır. Həm biznes, marketinq tərəfindən də baxsaq, belə ideyalar çox önəmlidir. Bu gün futbolun idman olaraq qlobal dəyəri tam başqadır. Ona görə də artıq bu istiqamətdə əlimizdə olan infrastrukturlardan maksimum istifadə edərək şəraiti qazanca çevirmək lazımdır. Gələcəkdə təbii ki, bunu davam etdirmək istəyirik. Ölkəmizdə çox gözəl şərait var. Xüsusilə də Qəbələdə. Bu istiqamətdə fəaliyyət göstərərək ölkəmizə müəyyən gəlirlərin gəlməsinə şərait yaratmaq lazımdır. İlk təcrübəmizin çox yaxşı olduğuna və belə işlərimizin davamlı olacağına inanıram".
Nur Zeynalova
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır”
Yamal əsəbiləşdi, Flikə də üz çevirdi - Video
İngiltərə kubokunun yarımfinal cütləri
"İnter" – "Roma" matçında 7 qol vuruldu
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video