"Benfika"nın sabiq futbolçusu Kalifo Balde karyerasını Azərbaycanda davam etdirə bilər.
Qol.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb. Premyer Liqa klublarımızdan biri 23 yaşlı sol cinah müdafiəçisi ilə maraqlanır. Lakin həmin klubun adı açıqlanmayıb. Qvineya-Bissaulu oyunçuya Kipr və Portuqaliyadan da təkliflər var.
Qeyd edək ki, "Sakavenense"nin yetirməsi olan Balde O, 2017-2018-ci illərdə "Benfika"nın U-19 və B komandalarında çıxış edib. Balde son mövsümü "Amora"nın heyətində keçirib. Müdafiəçi 2022/2023 mövsümündə meydana çıxdığı 17 rəsmi matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.
























