Ronaldodan Türkiyə Superliqası ilə bağlı müzakirə yaradan sözlər

Ronaldodan Türkiyə Superliqası ilə bağlı müzakirə yaradan sözlər
XƏBƏR 18 İyul 2023 / 12:01 5382
-  A +

"Əl-Nəsr"in (Səudiyyə Ərəbistanı) futbolçusu Kriştiano Ronaldo müzakirələrə səbəb olan açıqlama verib.

Qol.az xəbər verir ki, 38 yaşlı hücumçu "Selta"ya (İspaniya) qarşı yoxlama matçından (0:5) sonra maraqlı fikirlər söyləyib. Ronaldo Səudiyyə Ərəbistanı çempionatının Türkiyə Superliqasını geridə qoyacağını deyib: "Səudiyyə Ərəbistanı çempionatı 1 il ərzində Türkiyə Superliqasını və Niderland liqasını keçəcək". 

Portuqaliyalı forvardın bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Həmçinin Kriştiano Səudiyyə Ərəbistanı çempionatının MLS-dən (ABŞ liqası) üstün olduğunu dilə gətirərək "İnter Mayami"yə keçən Lionel Messiyə də söz atıb. Ronaldo gələcəkdə heç bir Avropa komandasında oynamayacağını da vurğulayıb.

Futbolçu onu da qeyd edib ki, "Əl-Nəsr"lə müqavilə imzalamaqla Səudiyyə Ərəbistanı çempionatının yolunu açıb: "İndi bütün oyunçular buraya gəlir".

Xatırladaq ki, Ronaldo ötən ilin dekabr ayının 31-də "Əl-Nəsr"ə keçib. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner