"Barselona"nın Ardaya təklif etdiyi müqavilənin detalları

"Barselona"nın Ardaya təklif etdiyi müqavilənin detalları
XƏBƏR 3 İyul 2023 / 11:28 5399
-  A +

"Barselona"nın "Fənərbaxça"nın futbolçusu Arda Gülerə təklif etdiyi müqavilənin detalları bəlli olub.

Qol.az xəbər verir ki, bu haqda "The Times" məlumat yayıb. Kataloniya klubu 18 yaşlı yarımmüdafiəçiyə 5 illik sözləşmə təklif edib. Müqaviləyə 1 milyard avroluq təzminat məbləği də daxil edilib. Əgər keçid reallaşarsa, "Fənərbaxça" bu transferdən 23 milyon avro qazanacaq. Gülerin isə 10 milyon avro alacağı qeyd olunub.

Bildirilir ki, "Barselona"nın idman direktoru Deko Ardaya görə Bodrumda "Fənərbaxça" rəsmiləri ilə görüşəcək. Futbolçu ilə başqa məşhur klublar da maraqlanır, lakin "Barselona" onlardan 1 addım öndədir. 

Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan istedadlı "10 nömrə" ötən mövsüm "Fənərbaxça"da 35 rəsmi oyunda 6 qol vurub, 7 qol ötürməsi edib. 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner