Tanınmış futbol agenti Anamria Prodan "Nefçi"dən ayrılan keçmiş həyat yoldaşı Laurentsiu Regekampf haqda danışıb.
Qol.az Runıniyanın as.ro nəşrinə istinadən xəbər verir ki, o, mütəxəssisin Bakı təmsilçisindən göndərilməsindən sonra karyerasına ağır zərbə dəyə biləcəyindən narahatdır:
“Onun uşağını görmədiyi barədə xəbərlər yalandır. Uşağımın atası olduğu üçün şərh vermək istəmirəm. Danışır, oğlunu görür. Kim belə bir şey deyirsə, Laurentsiuya zərbə vurur.
Laurentsiunun səhvləri var, amma o, uşağını sevir, vaxtı olanda onu görməyə gedir, hər gün onunla telefonla danışır. İnanıram ki, Laurentsiu tezliklə özünə gələcək, həyatını qaydasına salacaq. Çünki indi edilən seçimə görə emosional olaraq və peşəkar kimi çöküb.
Həmişə ona öyrədirdim ki, şəxsi həyatında tarazlıq olmasa, peşə həyatın dağılacaq, heç kim sənin yanında dayanmayacaq.
Doğrudan da, Laurentsiu bu gün uçurumun kənarına çatıb. O, uşaqlarının yanında qalmalı, onların sevgisi ilə əhatə olunmalıdır. O, indiki halda futbola qayıda bilməz. Əks halda, biz böyük məşqçini, həqiqətən də inanılmaz məşqçini itirəcəyik, uzun illər ərzində qurmaq üçün çox çalışdığım karyeranın çökəcəyini görəcəyik.
Ləyaqətinizi və işinizi itirdiyiniz zaman nə kişilərin, nə də cəmiyyətin gözündə şəxsiyyət kimi mövcud deyilsiniz. Əgər işinizi də itirsəniz, futbolda daha aşağı yerlərə düşürsünüz. Onun bütün karyerasına və 16 il ərzində qurduğum obraza yazığım gəlir. Amma hər kəs öz seçimini edir, istədiyi həyatı yaşayır. Bu gün Laurentsiu ətrafında cəmləşənlər və bu cür sözlər atanlar ona çox böyük zərər verirlər".
Qeyd edək ki, "Neftçi" bu günlərdə Regekampfla yolları ayırıb.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas