İyunun 26-dan başlayaraq Zaqreb “Dinamo”su Sloveniyada təlim-məşq toplanışına başlayıb.
Qol.az xəbər verir ki, bu haqda Xorvatiya mətbuatı məlumat yayıb. Baş məşqçi İqor Bişçan hazırlıq prosesinə 23 futbolçu cəlb edib. Onların sırasında “Konyaspor”da icarədə olmuş Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli də var. Xorvatiyanın “Germanijak” nəşrinin yazdığına görə, Türkiyə klubu Mahiri 1 milyon avro qarşılığında birdəfəlik transfer etməkdən imtina edib. Bildirilir ki, Emreli özünü yeni baş məşqçi İqor Bişçana göstərir. “Onun “Dinamo”da qalacağı hələ bəlli deyil” - deyə yazıda qeyd olunur.
Həmçinin qeyd edilir ki, yaxın vaxtlarda Bruno Petkoviç də hazırlıq prosesinə qoşulacaq. Bununla da hücum xəttindəki oyunçuların sayı 4-ə yüksələcək və rəqabət artacaq. “Əlbəttə, hücumun mərkəzində oynayanların hamısının məşqçinin etimadını qazanması çətin olacaq. Onların 10 məşqi və 3 yoxlama oyunu var. Bu futbolçulardan Emreli və Bakrar cinahlarda da çıxış edə bilirlər. Təbii ki, Petkoviçin statusu şübhə doğurmur” - deyə yazıda bildirilib.
Qeyd edək ki, təlim-məşq toplanışı iyulun 7-nə kimi davam edəcək.
Xatırladaq ki, M.Emreli son dəfə bu ilin fevralında “Dinamo”nun düşərgəsində olub. O, sonradan icarə qaydasında mövsümün sonuna qədər “Konyaspor”da çıxış edib.

Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki