Əliyar Ağayevin hakimlik etdiyi oyunda Çexiya Almaniyaya qalib gəldi

Əliyar Ağayevin hakimlik etdiyi oyunda Çexiya Almaniyaya qalib gəldi
XƏBƏR 25 İyun 2023 / 23:00 2118
-  A +

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatı davam edir.

Qol.az xəbər verir ki, bu gün C qrupunun 2-ci turunda Çexiya  Almaniya ilə qarşılaşıb. 

Görüşün hakimləri arasında azərbaycanlı FİFA referisi Əliyar Ağayev də olub. O, 4-cü hakim funksiyasını icra edib.

Matçda Çexiya Almaniyaya 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 2 turdan sonra Çexiya 3 xalla 2-ci, Almaniya 1 xalla 3-cüdür. Qrupa 6 xalla İngiltərə liderlik edir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner