Bu gün Türkiyə superliqasında 2022/23 mövsümünün son matçları keçiriləcək.
Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" səfərdə "Beşiktaş"la qarşılaşacaq. Hazırda "Beşiktaş" 35 oyundan 77 xalla 3-cü, "Konyaspor" isə 35 matçdan 50 xalla 8-ci yeri tutur.
Həmçinin oxuyun: “Çaçiç öz münasibəti ilə məni şoka saldı” - Mahir Emreli
Qeyd edək ki, bu görüşdən sonra M.Emrelinin gələcək karyerasına aydınlıq gəlməlidir. Onun "Konyaspor"la müqaviləsi məhz cari mövsümün sonu başa çatır. Emrelinin müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"suna qayıdıcağı, "Konyaspor"da qalacağı, yoxsa başqa kluba keçəcəyi haqda hələ məlumat yoxdur. Bununla belə, M.Emreli özü "Konyaspor"da qalmaq istədiyini gizlətməyib. Bu mənada, "Beşiktaş"la bugünkü qarşılaşma onun karyerasına təsir edə biləcək oyun ola bilər.
Əlavə edək ki, qışda "Konyaspor"a keçən Emreli Türkiyə superliqasında 11 oyunda iştirak edib və 1 qol vurub.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi
Mahir oynadı, komandası qalib gəldi
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti
Leau zəddəsini sağaltdı
18 ildən sonra: Tarixdə 3-cü dəfə
Eren Aydın: “Qol vuracağımı hiss edirdim”