"Gürcüstanda hazırda futbolla yaşayırlar”.
Qol.az xəbər verir ki, bu sözləri SSRİ yığmasının və Tiflisin “Dinamo” komandasının futbolçularından olmuş Tengiz Sulakvelidze deyib. O, 1981-ci ildə UEFA-nın Kuboklar Kuboku yarışının qalibi, Avro-1988-in isə vitse-çempionu olub.
Hazırda İtaliyanın “Napoli” klubunda çıxış edən Xviça Kvaratsxeliya barədə danışan Sulakvelidze bildirib ki, bu futbolçunun sayəsində ölkəsində futbola maraq daha da artıb. O, “Sport-ekspress” qəzetinə müsahibəsində deyib:

“Kvaratsxeliya “Napoli”də əla oynayır. Bütün uşaqlar Gürcüstanda futbolçu olmaq istəyir. Pandemiyaya qədər bizim akademiyada 150 uşaq futbolla məşğul olurdu. İndi isə onların sayı 350 nəfəri keçib. Bu da Xviçanın və futbolun sayəsində mümkün olub. Hazırda Gürcüstan millisi normal çıxış edir, inkişaf nəzərə çarpır. Bizdə həmişə xalqın içindən çıxan istedadlı oyunçular olacaq”.
Tiflis “Dinamo”su və SSRİ yığmasının daha bir oyunçusu olmuş Otar Qabeliya da Xviça barədə fikirlərini bildirib. Veteran qapıçı deyib:

“O, əla oynayır. Amma üzərində bundan sonra da işləməlidir. Xviça inanclı insandır, kilsəyə gedir. Bildiyimə görə, artıq evlənib də. Yaxşı da edib. Yoxsa bu yaşda futbolçuların ətrafında elə qızlar olur ki, adamın ağlı başından gedir. Futbolda isə dayanmaq olmaz. Bir az boşluq buraxan kimi, artıq indi sənə olan rəğbət də əvvəlkitək olmayacaq. Ona afərin, İtaliyada çempionu oldu. Xviça və Osimhen meydanda olmayanda “Napoli” yaxşı oynamır. 3-4 oyunçusu yüksək səviyyədədir, qapıçıları pis deyil”.
Qabeliyanın fikrincə, Xviça ilə birgə indi Gürcüstan millisi axır ki, Avropa və dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmalıdır: “İndi bizim yaxşı qalaktikamız var. Amma 3-4 oyunçu ilə çox uzağa gedə bilməzsən. Yaxşı oyunçular daha çox olmalıdır”.
Xatırladaq ki, Kvaratsxeliya 2022–ci ilin yayında, 21 yaşındaykən “Napoli”yə transfer olunub. İlk vaxtda əsas heyətin daimi üzvünə çevrilən sol vinger komadasının uğurlarında önəmli pay sahibi olub. O, A seriyasında 32 matçda 12 qol vurub, 13 qolun ötürməsini edib. Çempionlar Liqasında isə 9 matçda 2 dəfə rəqib qapısına yol tapıb, 7 dəfə qolla nəticələnən ötürmə verib. Xviça bu mövsüm “Napoli” ilə İtaliya çempionu olub.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu