Türkiyəli futbolçu Hakan Çalhanoğlu tezliklə “İnter”lə müqaviləsini uzadacağını bildirib.
Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, o, Milan təmsilçisində xoşbəxt olduğunu deyib:
“İnter”də xoşbəxtəm, bu, sirr deyil. Buraya gəldiyim gündən etibarən hər şey qaydasındadır. Azarkeşlərin dəstəyini görəndə özümü daha yaxşı hiss edirəm. Müqaviləmin yenilənməsi ilə bağlı razılıq əldə olunub. Məsələnin rəsmi şəkildə gerçəkləşməsinə yaxınıq. “İnter”də arzularımı reallaşdıracam və xoşbəxt olmağa davam edəcəm”.
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2021-ci ilin iyulundan "İnter"də oynayır. O, bu mövsüm Milan klubunun heyətində bütün turnirlər daxil olmaqla 46 oyuna çıxıb, 4 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun A seriyası təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimidir.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu