21-ci əsrdə ilk dəfə bunu bacardılar

21-ci əsrdə ilk dəfə bunu bacardılar
DÜNYA FUTBOLU 21 May 2023 / 17:36 3872
-  A +

"Barselona" 21 əsrdə ilk dəfə "Real Sosyedad"a "Nou Kamp"da uduzub. 

Qol.az "Opta"ya istinadən xəbər verir ki, bu, La Liqanın son turunda baş verib. Kataloniya klubu evdə 1:2 hesabı ilə məğlub olub.

"Real Sosyedad" sonuncu dəfə 1991-ci ildə, Yohan Kroyfun “Barselona”nı çalışdırdığı vaxt bunu bacarmışdı (3:1). 

Xatırladaq ki, "Barselona" ötən tur çempionluğunu təmin edib.


Son xəbərlər