İçərişəhərdəki Böyük Qala küçəsinin məhəlləsində uşaqlarla səhər-axşam top qovan, futbol oynamaqdan doymayan Rüstəm təhsil aldığı 132 nömrəli məktəbin müəllimlərinin suallarına da futbol aləmində cərəyan edən hadisələrlə cavab verərdi. Atası Tələt kişinin yaxın dostu, əfsanəvi futbol ustası Ələkbər Məmmədovun Moskva “Dinamo”sundakı oyunlarına o dövr televiziya olmadığından radio vasitəsilə qulaq asaraq uşaqlıq dostlarına danışar, matçları tay-tuşları üçün necə deyərlər, şərh edərdi.
Rüstəmin futbola sevgisi sonda onu 60-cı illərdə SSRİ-nin güclülər dəstəsində çıxış edən “Neftçi”yə gətirdi. Gənc oyunçu bu komandada debüt etməklə uşaqlıq arzusunu reallaşdırdı. Əlbəttə, 1966-cı ildə heyəti yetərincə güclü olan “Neftçi”də oynamaq, əsas heyətə düşmək çox çətin idi. Banişevski, Tuayev, Hacıyev, Semiqlazov, Bruxti, Babayevlər və başqaları bu komandanın simalarına çevrilmişdilər. Bu istedadlı futbolçuları əsas heyətdən sıxışdırmaq hər oğulun işi deyildi.
70-ci illərdə karyerasını Mahaçqala və Düşənbənin yerli komandalarında davam etdirən müdafiəçi Rüstəm Rəhimov sonralar oyunçu həyatını futbol hakimliyinə dəyişdi. Futbol hakimliyin sirlərini Tofiq Bəhramov kimi canlı korifeydən öyrənən gənc Rüstəm sonralar bu məktəbin davamçısı olan Eldar Əzimzadə ilə də mütəmadi məsləhətləşərdi. Əlbəttə, dünya futbol arenasında tanınmış iki şəxsin yetirməsi Azərbaycan futbolsevərlərinin sevimlisinə çevrilməli idi. Rüstəmin ağıllı, səliqəli, düşüncəli oyun idarəetmə üslubu tezliklə Bakı Hakimlik Məktəbinin 3-cü davamçısı kimi tarixə düşəcəyinə inam yaradırdı. Və bu inam özünü doğrultdu.
Onun hakimlik ustalığının nəticəsi idi ki, azərbaycanlı referi SSRİ çempionatının ən güclü komandalarının qarşılaşmalarına tez-tez təyinat alırdı. “Dinamo” (Kiyev) – “Spartak” (Moskva) komandalarının Moskvada, “Lujniki” stadionunda yüz min tamaşaçının əhatəsində, dünya şöhrətli O.Bloxin də başda olmaqla, o zaman SSRİ yığma komandasının oyunçularının iştirakı ilə keçirilən oyunlarda fit sahibi olmaq, nəhəng auditoriyaların basqısına baxmayaraq, ədaləti qorumaq heç də asan deyildi. Rüstəmin 80-ci ilin sonlarında SSKA - “Ararat” oyununda ermənilərin qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsi onun öz sahəsində ermənilərə vurduğu ən güclü zərbə idi. Əlbəttə, daha çox Moskva “Torpedo”sunun oyunlarını idarə edən Rüstəm, məşhur Valentin İvanovun xasiyyətindən çəkinən hakim həmkarlarını da gözlənilən təhlükələrdən qorumalı olurdu.
Prinsipiallığı ilə seçilən Rüstəm Rəhimov həlledici oyunlardan da çəkinmirdi. Bu, onun xarakterinə uyğun idi. Ona görə də “Paxtakor” (Daşkənd) - “Spartak” (Moskva) arasında həlledici oyuna baş hakim təyin ediləndə onunla təsadüfən hava limanında oyun öncəsi rastlaşan Tofiq Bəhramov belə qorxulu oyuna necə razılıq verməsindən təəccüblənmişdi. Çünki hər iki komandaya qalib gəlmək vacib idi. Biri çempion olmaq, digəri isə yüksək liqada qalmaq üçün ölüm-dirim mübarizəsi aparırdı. Ona görə də Rüstəmi dostları arasında “Daşkəndin fəxri vətəndaşı” adlandırırlar. Əlbəttə, bu deyim onun dostu, tanınmış futbolçu Əli Rəhmanova məxsus idi. Rüstəmin ilin sonunda SSRİ-də 10 ən güclü hakimlər siyahısına dəfələrlə düşməsi, SSRİ çempionatının qızıl və gümüş hakimlik medalları ilə mükafatlandırılması ədalətli referinin zəhmətinin bəhrəsi kimi də dəyərləndirilməlidir.
Belə uğurlu hakimliyin davamı olaraq, onun xarici ölkələrdə, Dünya, və Avropa çempionatlarının seçmə yarışlarında, UEFA turnirlərində ədaləti qoruması gənc hakimi daha geniş arealda tanıtdı. Təsadüfi deyil ki, Bakıya səfər etmiş dünya şöhrətli futbol məşqçisi, dostum Bernd Ştange elə ilk görüşdəcə Rüstəmi yaxşı tanıdığını dilə gətirdi. Sən demə, onun rəhbərliyi ilə Almaniya yığması Yuqoslaviya ilə prinsipial oyunda Rüstəm Rəhimov da hakimlər briqadasında yer alıbmış... Yeri gəlmişkən, martın 14-də 75 yaşını qeyd edəcək Bernd Ştangenin Azərbaycanla bağlı belə xoş xatirələri çoxdur. Tanınmış futbol mütəxəssisləri Rüstəm Rəhimovun “Bavariya”- “Ksamaks”, “Ayntraxt”- “Brondbü” prinsipial qarşılaşmalarını qüsursuz idarə etməsini indi də yaxşı xatırlayırlar.
Ölkəmiz müstəqilliyinə qovuşandan sonra da Rüstəm Rəhimov tanınmış hakim kimi beynəlxalq oyunlara təyinat almış, Sankt-Peterburqda Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin final oyununu, həmçinin MDB ölkələri “Birlik” kubokunun final oyununu idarə edən azərbaycanlı hakim kimi tarixə düşüb. Onun MDB-nin “Birlik” kubokunda Azərbaycan komandalarına oyun öncəsi məsləhətlər verməsi qazanılan uğurlara töhfəsi kimi də dəyərləndirilə bilər. Rüstəmin İstanbulda Türkiyə-Polşa milliləri arasında keçirilən oyunu yüksək peşəkarlıqla idarə etməsi tələbkar türk mediasının da diqqətindən yayınmayıb.
Hakimliyi bitirən Rüstəm futbol həyatını davam etdirərək uşaq, gənclər futbol komandalarında məşqçi kimi özünü sınadı, istedadlı gənclərin yetişməsi üçün bilik və bacarığını sərf etdi. Onun yetirmələri arasında Azərbaycanın aparıcı klublarında, hətta milli komanda da çıxış edənlər var. Rüstəm AFFA-da hakimlik kurslarında gənc hakimlərin yetişməsinə, onların formalaşmasına da ciddi fikir verir və bu vacib işdən böyük zövq aldığını deyir.
2011-ci ildə Bakıya səfər etmiş 1966-cı ilin dünya çempionu ingilis Coff Herst və Almaniya yığma komandasının qapıçısı Hans Tilkovskinin Tofiq Bəhramovun heykəli önündə çəkdirdikləri tarixi fotoşəkil və yazılan xatirə sözləri məhz Rüstəm Rəhimovun müşayiəti ilə ərsəyə gəlib. Rüstəmin Alman-Azərbaycan Cəmiyyətində idman işləri üzrə koordinator olmasının nəticəsi olaraq, 1995-ci ildən başlayaraq Cəmiyyətin xətti ilə veteran futbolçuların Azərbaycan rayonlarına səfərləri, sonralar beynəlxalq səviyyədə Gürcüstanda, Rusiyada, Almaniyada dostluq görüşlərinin keçirilməsi sahəsində xidmətləri danılmazdır. Məşhur alman futbolçularının İçərişəhərdə Alman-Azərbaycan Cəmiyyətində görüşləri Rüstəm Rəhimovun təşəbbüsü ilə mümkün olub.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Ələkbər Məmmədov adına Beynəlxalq Futbol Fondu və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən ənənəvi “Birlik” kuboku məhz Rüstəm Rəhimovun sayəsində ərsəyə gəlmişdir. Qvami Məhəbbətoğlunun qələmə aldığı “Bu mənim alın yazımdır” kitabı Rüstəm Rəhimovun həyatını təsvir edən mənzərədir. Kitabın AFFA-da keçirilən təqdimatında idman sahəsi ilə yanaşı elm, təhsil və mədəniyyət xadimlərinin iştirakı Rüstəmin əhatəsindən xəbər verir.
Düşünürəm ki, Azərbaycanın Əməkdar idman xadimi Rüstəm Rəhimovun professional hakimliyi dövründə idarə etdiyi oyunlarda səsləndirdiyi fitin səsi minlərlə insanın xatirəsində yaşamaqdadır.
Çingiz Abdullayev
Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor
"Barselona" onun yerinə 4 futbolçunu nəzərdən keçirir
"Brayton"da yeni transfer
"Şahdağ Qusar" son dəqiqə qolu ilə qələbə qazandı - Video
"Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir"
3 qol vuruldu, "Şəmkir" qalib gəldi - Video
Səudiyyə Ərəbistanında Salahın transferinə inanırlar
İngiltərəyə mümkün qayıdışından danışdı
2-ci Liqada 19-cu tura start verildi
Millimizin rəqibindən danışdı: “Nəticə dəhşətlidir”
"Növbəti 10-15 il ərzində "Real"da oynayacağam"
AFFA-nın baş katibi "Barselona"nın nümayəndələri ilə görüşdü
Azərbaycanın klubunda yeni baş məşqçi
Zədələnən Haalandın durumu açıqlandı
Prandelli İtaliya millisinə qayıdır
"Milan" qərarını verdi
Qurban Qurbanov dünyada bu məşqçilərin sırasında ikincidir
Ter Ştegen 7 aydan sonra meydana qayıdır - Şəkil
Amorim: "O, heç yerə getməyəcək"
Millimizin bombardiri: “Bizə yaxşı mənada dərs oldu”
Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək
Gürcü futbolçu Portuqaliya nəhənginə keçir - Rəsmi
Döyüş zamanı huşunu itirdi, xəstəxanada vəfat etdi
Dani Alveş həbsdə qaldığı günlərə görə təzminat ala bilər
Messinin cangüdəninə qadağa
15 yaşlı gürcü “Yuventus”un maraq dairəsinə düşüb
Ronaldo bu yay "Real"a qayıda bilər
Kubokun oyunları FİFA referilərinə tapşırıldı
“Sabah”ın 19 yaşlı debütantı
A seriyasında 30-cu tura yekun vuruldu
Şəhriyar və Teymur gerilədi - FİDE reytinqi
“Başakşehir” səfərdə qalib gəldi
Haaland mövsümü erkən bitirə bilər
Millimiz dünya kubokunda 12-ci oldu
Hər iki oyunda 2:5 hesabı qeydə alındı
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı
Santuş yayılan məlumatlara aydınlıq gətirdi - Açıqlama
Zamiqin komandası liderliyini davam etdirir
Oyunun ən yaxşısına yumurta verdilər
“Qarabağ”ın sabiq oyunçusu ümidsizdir
Ançelotti "Real"la "Barselona"nı müqayisə etdi
Xəbərlərimiz telefonunuza gələcək!
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? - DÇ-2026
Qrizmann Messinin rekordunu qırdı
Azərbaycan millisi mübarizəyə başlayır
“Çıxış yolumuz yoxdur, sona qədər vuruşacağıq” - Müsahibə