Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotoreya" ASC maraqlı layihələr həyata keçirməkdə davam edir.
Şirkətin "Misli" məntəqələrində jurnalistlər üçün təşkil etdiyi tədbirdə (media-turda) görülən işlər, yeni layihələr və şirkətin iş prinsipləri ilə bağlı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
"Azərlotereya"nın əməkdaşı Zeynəb Əliyeva “Misli” brendi barədə geniş məlumat verib. O bildirib ki, "Azərlotereya"nın “Misli” brendi 2022-ci ilin əvvəllərində fəaliyyətə başlayıb. Hazırda “Misli.az” saytı və eyniadlı mobil tətbiqlə yanaşı, “Misli” məntəqələri də xidmət göstərir. “Misli” məntəqələrində idman mərcləri ilə yanaşı, virtual idman, “Ekspres KENO” oynamaq imkanı təqdim olunur, eləcə də ani və tirajlı lotereya biletlərini də əldə etmək olar. Hazırda ölkə üzrə 180-dən çox “Misli” məntəqəsi fəaliyyət göstərir. Bu isə regionlarda yeni iş yerlərinin açılması baxımından xüsusi önəm daşıyır.
"Azərlotereya" "Misli" brendi ilə idman sahəsinə dəstək məqsədilə bir neçə əməkdaşlıqlar qurub və ölkəmiz üçün vacib olan turnirlərin yayımına baş sponsorluq edib: "Biz "Azərlotereya" olaraq ölkədə idmanın inkişafına dəstək olmağa çalışırıq. Bunu "Misli" brendi üzərindən edirik. Nümunə kimi futbol üzrə Azərbaycan çempionatının “Misli”nin sponsorluğu ilə keçirildiyini qeyd etmək olar. Bu əməkdaşlıq nəticəsində çempionat Misli Premyer Liqası adlanır. “Misli” həmçinin Qətərdə keçirilən 2022-ci il dünya çempionatının Azərbaycanda yayımının baş sponsoru olmuşdu. Tək dünya çempionatı yox, ölkə üçün əhəmiyyətli bir sıra turnirlərin yayımının təşkilinə dəstək olmağa çalışırıq. "Misli" brendi “Bakı Marafonu – 2022” və "Goal+ Summer Festival"nın təşkilinə də sponsor kimi dəstək olub.
“Azərlotereya” olaraq bir çox önəmli layihələrə dəstək olur, reallaşdırırıq. Bunlardan ən önəmlisi “Əmanətə sədaqət" layihəsidir. Bu istiqamətdə vətən üçün canından keçmiş qəhrəman şəhidlərimizin bizə əmanət olan övladlarının təhsil xərcləri qarşılanır. “Azərlotereya”nın Elm və Təhsil Nazirliyi, eləcə də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində həyata keçirilən sosial layihə hazırda 66 nəfəri əhatə edir ki, onlardan 59-u Azərbaycanda, 7-si isə Türkiyədə təhsil alır. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır”.
Qeyd edək ki, "Azərlotereya" ASC ən çox vergi verən şirkətlər sırasındadır. Şirkət 2021-ci ilin hesabat dövründə dövlət büdcəsinə 5,1 milyon manat vergi ödəyib. Şans oyunları üzrə dünyanın aparıcı təşkilatı Dünya Lotereya Assosiasiyası (WLA) və Avropa Lotereyalar və Toto Assosiasiyasının (EL) üzvü olan “Azərlotereya” öz fəaliyyətini beynəlxalq standartlara uyğun qurur.
Nur Zeynalova
"Milan"dan yeni transfer
"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxardı
İtaliyanın tarixi klubu peşəkar turnirlərdən kənarlaşdırıldı
"Şamaxı" "İmişli" ilə də qarşılaşacaq
"Sabah"ın Avstriyadakı yoxlama oyununda 6 qol vuruldu
Şahruddin, neynirsən sən?! - Video
"Komo" almaniyalı vingerlə razılaşdı
Keçmiş futbolçusunun ölümünə belə reaksiya verdi
"Napoli"dən La Liqaya
"Mingəçevir" iki futbolçusu ilə yollarını ayırdı
“Araz-Naxçıvan”ın "Aris"lə oyunlarının hakimləri
“Araz-Naxçıvan”ın ÇL-dəki rəqibləri müəyyənləşdi
AFFA “Qəbələ”yə ayırdığı pulu açıqladı
"Beşiktaş" Türkiyə millisinin üzvü ilə müqavilə imzaladı
Asif Məmmədov məşqçiliyə başlayıb
UEFA-dan 1 dəqiqəlik sükut qərarı
"Milan" səfər formasını təqdim etdi - Şəkillər
"Daha iddialı olmağa çalışacağıq" - "Turan Tovuz"un kapitanı
AFFA-nın baş katibinə yeni müavin təyin olunub
Azərbaycan klubu 7 futbolçu ilə yollarını ayırdı
"Qarabağ" Avstriyada ilk məşqinə çıxdı - Şəkillər
Jotanın faciəvi ölümünə səbəb olan qəzanın - Təfərrüatları
"Kəpəz"in iki rəqibi açıqlandı
"Liverpul"un məşhur futbolçusu faciəvi şəkildə həlak oldu
Falkao klubsuz qaldı
Azərbaycanın millisi Avropa ikincisi oldu
Avropa kubokunda iştirak edəcək cüdoçularımız kimlərdir?