Aleksandr Starkov: «Bakı»ya nə «hə», nə də «yox» cavabı vermişəm»

Aleksandr Starkov: «Bakı»ya nə «hə», nə də «yox» cavabı vermişəm»
ÖLKƏ FUTBOLU 6 Yanvar 2011 / 13:58 2395
-  A +

Latviya millisinin və «Skonto»nun baş məşqçisi Aleksandr Starkov «Bakı» klubu ilə danışıqlar apardığını təsdiqləyib. Qol.Az-ın məlumatına görə, insport.lv saytına müsahibəsində o, Azərbaycan komandasına keçidiylə bağlı hələlik heç nəyin həll olunmadığını bildirib. «Mən «Bakı»ya nə «hə», nə də «yox» cavabı vermişəm. Onu da deyim ki, klub tərəfdən mənə maraq var. Bu da əlbəttə ki, məni məmnun edir. Bu məsələylə bağlı hər şey gələn həftə bəlli olacaq» - deyə Starkov bildirib.

Qeyd edək ki, «Bakı» klubunun rəhbərliyi hazırkı baş məşqçisi Vinfrid Şeferi istefaya göndərmək və yerinə Starkovu gətirmək istədiyini açıqlayıb.

Daha çox


Son xəbərlər
03.05.25  18:57

"Real"da növbəti itki

03.05.25  09:00

"Real"dan gedir