"Fənərbaxça"nın futbolçusu Mesut Özilin meneceri Erkut Söğüt oyunçunun gələcəyi haqda danışıb.
Qol.az "Radyospor"a istinadən xəbər verir ki, o, türkəsilli alman yarımmüdafiəçinin müqaviləsi başa çatana qədər İstanbul təmsilçisində qalacağını deyib: "Mesut iki il daha "Fənərbaxça"da oynayacaq. O, bu komandaya uzun müddətlik gəlib. Biz müqaviləni 1 il üçün imzalamamışıq. Hazırkı vəziyyəti heç kim istəməzdi. Ancaq o, bu klubda oynamağa davam edəcək".
Qeyd edək ki, M.Özil iki aydır əsas komandadan kənarlaşdırılıb. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Özil və Tufan məşq zamanı baş məşqçi İsmail Kartalla mübahisə etdiyi üçün cəzalanıb.
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı