Polis Azərbaycan millisinin futbolçusunu saxladı

Polis Azərbaycan millisinin futbolçusunu saxladı
XƏBƏR 1 Dekabr 2010 / 15:23 1938
-  A +

Azərbaycan milli komandasının və Bakının “İnter” klubunun futbolçusu Aleksandr Çertoqanov Bakı şəhəri Nərimanov rayon Yol Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda Lent.az-a Çertoqanovun özü məlumat verib.

30 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, idarə etdiyi “BMW” markalı kupe tipli avtomobillə Təbriz küçəsindən H.Əliyev prospektinə dönərkən, polis əməkdaşları maşını saxlayıblar. Onlar avtomobilin xətti tapdaladığını iddia edərək, Çertoqanovdan sürücülük vəsiqəsini tələb ediblər. Həmin vaxt maşında “İnter”in daha bir oyunçusu, Litva millisində çıxış edən Robertas Poşkus və Çertoqanovun yaxın dostu da olub. Avtomobil isə məhz futbolçunun dostuna məxsusdur. Futbolçular “İnter”in məşqinə yollanırmışlar.

Çertoqanov sürücülük vəsiqəsinin yanında olmadığını bildirib. Polislər isə ondan sənədi gətirməsini istəyiblər. Futbolçu taksi ilə evinə yollanaraq, sürücülük vəsiqəsini gətirənədək polislər avtomobili buraxmayıblar.

Bir müddət sonra problem həll olunub. Lakin Aleksandr Çertoqanovla Robertas Poşkus məşqə gecikiblər.


Son xəbərlər
23.05.25  14:11

"Bayer"ə "hə" dedi