Premyer Liqamız ilk "3-lük"də - Dünya reytinqi

Premyer Liqamız ilk "3-lük"də - Dünya reytinqi
XƏBƏR 22 Mart 2022 / 11:13 4160
-  A +

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) baş məşqçilərin orta iş müddətinə görə dünyanın 90 ən yaxşı liqasının siyahısını hazırlayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, ilk "3-lük"də Azərbaycan Premyer Liqası da yer alıb. Premyer Liqamız 1069 günlük göstərici ilə dünya sıralamasında 3-cü pillədə qərarlaşıb. Ölkə çempionatımız qurumun UEFA-ya üzv assosiasiyaların yer aldığı siyahıda da 3-cüolub.

Qeyd edək ki, siyahının ilk pilləsində Şimali İrlandiya Premyer Liqası (1 563 gün) qərarlaşıb. Uels Premyer Liqası (1 348) isə 2-ci olub.


Son xəbərlər
03.05.25  18:57

"Real"da növbəti itki

03.05.25  09:00

"Real"dan gedir