Rəşad Sadıqov: “Millidə işləməyə hazıram, “Qarabağ” və “Neftçi”də yox”– Video

Rəşad Sadıqov: “Millidə işləməyə hazıram, “Qarabağ” və “Neftçi”də yox”– Video
VİDEO 4 Fevral 2022 / 14:35 3377
-  A +

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov hazırda özünü “Qarabağ” və “Neftçi”də işləməyə hazır görmür.

Qol.az xəbər verir ki, bu haqda gənc mütəxəssis İTV-də yayımlanan “Bol idman” verilişində bildirib.

“Bəlkə 5 ay, 2 il, 5 il sonra mən bu suala başqa cavab verəcəyəm. Amma bu gün mənə “Neftçi” və “Qarabağ” kimi komandanın yükünü daşımaq ağır olar. Çünki məsuliyyətlidir, tarixləri böyükdür, iddialıdırlar. Hər il o komandalardan çempionluq, Avroliqada uğurlu çıxış gözlənilir”.

O qeyd edib ki, bu gün milli komandada isə özünü işləməyə hazır sayır: “Neçə illərdir milli onsuz da uğursuz çıxış edir. Bu yükün altına girməkdən çəkinmirəm. Bu, məşqçi bacarığı ilə bağlı deyil. Burda bir çox psixoloji amil də var”. 

Daha çox


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner