Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Avropa çempionatının final mərhələsində Bosniya və Herseqovinaya qarşı keçirdikləri oyunu şərh edib.
Qol.az xəbər verir ki, o, 4:2 hesabıyla qalib gəldikləri matçdan sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Çox istəkli idik. Şansımız az olsa da, bundan sona qədər istifadə etməyə çalışdıq. Əlbəttə, oyunöncəsi hisslərim fərqli idi. Çünki ilk iki oyunda özümdən asılı olmayan səbəblərdən komandama kömək edə bilməmişdim. Bu da məndə müəyyən qədər aqressiya yaratmışdı. Əvvəldə çalışdım ki, bu hisslərimi boğum.
Oyuna gəldikdə, yaxşı başladıq. Rəqibin matçın əvvəlində 2-3 real qol şansı olsa da, hesabı açan biz olduq. Yeri gəlmişkən, keçirdiyimiz hər 3 oyunda hesab açan və fasiləyə qalib yollanan tərəf biz olmuşuq. Baş məşqçimizin də qeyd etdiyi kimi, sona qədər döyüşdük. Yekunda 4 xal toplasaq da, mərhələ adlaya bilmədik. Buna görə təəssüflənirəm. Qalib gəldiyimizə görə isə həm komanda yoldaşlarımı, həm azarkeşlərimizi, həm də mavi ekranlardan bizi izləyən xalqımızı təbrik edirəm”.
Xatırladaq ki, millimiz qələbə qazanmasına baxmayaraq, 4 xalla qrupu 3-cü pillədə başa vurub və turnrlə vidalaşıb.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı