"Bu gün yaxşı oynadıq. Uşaqları təbrik edirəm. Amma turnir ərzində bəxtsizlik bizdən əl çəkmədi, sona qədər bizi izlədi. İlk oyundan əvvəl iki futzalçımızın COVID-19 testi pozitiv çıxdı. Onlar sağaldı gəldi, bu dəfə digər iki oyunçumuzun xidmətindən istifadə edə bilmədik”.
Qol.az xəbər verir ki, bunları futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının D qrupubda Bosniya və Herseqovina oyundan (4:2) sonra deyib.
“Zədəli oyunçularımız oldu. Bir sözlə, problemlərdən qaça bilmədik. Əlbəttə, növbəti mərhələyə yüksələ bilmədiyimizə görə təəssüflənirəm. Amma uşaqlar yaxşı çıxış etdilər, istəkli, intizamlı, mübariz idilər, sona qədər qələbə qazanmaq üçün əllərindən gələni etdilər” - deyə o bildirib.
Braziliyalı mütəxəssis deyib ki, azarkeşlərin oyunu izləməsi çox vacibdir: “Buna görə sevinirik ki, artıq onlar tribunadakı yerlərini aldılar və bizi dəstəklədilər. Futzalçılarımız da onlar üçün oynadılar. Əlbəttə, istərdik ki, arena tam dolsun, lakin onlardan asılı olmayan səbəblər buna imkan vermədi".
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı