"Milan" Teo ilə müqaviləni yenilədi

"Milan" Teo ilə müqaviləni yenilədi
DÜNYA FUTBOLU 29 Yanvar 2022 / 16:55 1064
-  A +

"Milan"ın müdafiəçisi Teo Hernandes İtaliya təmsilçisində çıxışını davam etdirəcək.

Qol.az "La Gazzetta dello Sport"a istinadənn xəbər verir ki, klub fransızı heyətində saxlamaq qərarına gəlib. Tərəflər 2026-cı ilin yayına qədər müqavilə imzalayıblar. Futbolçunun maaşı ildə 4 milyon avroya yüksələcək.

Qeyd olunur ki, müqavilənin uzadılması ilə bağlı rəsmi açıqlama qış transfer pəncərəsi bağlandıqdan sonra gözlənilir.

Xatırladaq ki, Hernandes 2019-cu ildən "Milan"da çıxış edir. Müdafiəçi bu mövsüm 25 oyun keçirib, 4 qol vurub və 4 qolun ötürməsini verib.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır