"Sumqayıt"dan ilk transfer

"Sumqayıt"dan ilk transfer
ÖLKƏ FUTBOLU 7 Yanvar 2022 / 14:17 3564
-  A +

"Sumqayıt" 2022-ci il üçün ilk transferini reallaşdırıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq Gürcüstanın "Telavi" klubunda çıxış etmiş Vüqar Bəybalayevlə 2,5 illik müqavilə imzalayıb. 28 yaşlı yarımmüdafiəçi 15 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, 2017/2018 mövsümündə də "Sumqayıt"da çıxış etmiş Vüqar Bəybalayev həmin müddətdə ümumilikdə 24 oyuna çıxıb. O, "Telavi" ilə yanaşı, "Bakı", "Xəzər Lənkəran", "Rəvan" və "Səbail"in heyətində də yer alıb.


Son xəbərlər
27.06.24  18:09

Abel Ruiz "Jirona"da

27.06.24  12:35

Ronaldo ilk dəfə...