Kyellini "Napoli"yə qarşı oynamayacaq

Kyellini "Napoli"yə qarşı oynamayacaq
XƏBƏR 2 Yanvar 2022 / 17:51 887
-  A +

"Yuventus"un kapitanı Corcio Kyellini koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 37 yaşlı müdafiəçi ev şəraitində təcrid olunub.

Maraqlıdır ki, Kyellini dekabr ayında 3-cü vaksinasiyadan keçib.

Qeyd edək ki, "Yuventus" yanvarın 6-da A seriyasının 20-ci turunda "Napoli"ni qəbul edəcək.

 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner