"Neftçi"nin heyətində ötən il ən çox qol vurmuş futbolçu

"Neftçi"nin heyətində ötən il ən çox qol vurmuş futbolçu
XƏBƏR 2 Yanvar 2022 / 11:54 1607
-  A +

2021-ci ildə "Neftçi"nin heyətində ən çox qol vurmuş futbolçunun adı açıqlanıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "ağ-qaralar"ın sabiq oyunçusu Namik Ələskərovdur.

Hazırda Türkiyənin "Bursaspor" klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi 13 dəfə topu rəqib qapılarından keçirib.

Qeyd edək ki, Namik Ələskərov 2017 - 2021-ci illərdə "Neftçi"nin formasını geyinib. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner