"Həyatımın bütün sahələrində daha yaxşı olmağa çalışıram" - Kadi Borges

"Həyatımın bütün sahələrində daha yaxşı olmağa çalışıram" - Kadi Borges
XƏBƏR 1 Yanvar 2022 / 13:09 3510
-  A +

"Qarabağ"ın futbolçusu Kadi Borges Yeni illə bağlı özünün "İnstaqram" səhifəsində paylaşım edib.

Qol.az xəbər verir ki, o yazıb: 

"2021-ci ilin mənim üçün nə qədər xüsusi olduğunu sözlə ifadə etmək mümkün deyil. Əldə etdiyim nailiyyətlərə görə Tanrıya minnətdaram. Xüsusilə sağlamlığıma görə şükür etməliyəm. Həyatımın bütün sahələrində daha yaxşı olmağa çalışıram. Ən yaxşı idmançı, ən yaxşı həyat yoldaşı, ən yaxşı ata, ən yaxşı oğul və sairə. Bunun bir parçası olan hər kəsə təşəkkür edirəm. Yeni iliniz mübarək!"
 


Son xəbərlər
28.06.25  14:51

"Milan"dan getdilər

28.06.25  13:59

"Yuventus"da ciddi itki