«Bakı» klubunun baş məşqçisi Qyoko Hacıyevskinin Qol.Az saytına müsahibəsi
- Antalyadakı təlim-məşq taplanışından razı qaldınız?
- Bəli, razıyam. Müəyyən çatışmazlıqlar vardı. Rafael Əmirbəyov, Demetradze, Tomaş və digər futbolçularımızın zədələnməsinə, bəzi oyunçularımızın qripə yoluxmasına baxmayaraq, bunlar hazırlıq prosesinə maneçilik törətmədi. Gördüyünüz kimi, bu gün bütün oyunçular hamısı sağlam şəkildə məşqə çıxıb. Antalyada keçirdiyimiz yeddi yoldaşlıq matçının 3-də qalib gəlib, 3-də məğlub olsaq da, komandamın oyunu məni tam razı saldı. Hərçənd, qələbə qazandığımız görüşlərdə daha çox qol vura bilərdik.
- Maraqlıdır, heyətdə kifayət qədər futbolçu var və bir mövqe uğrunda 3-4 futbolçu mübarizə aparacaq. Bu, seçim etməkdə sizə çətinlik yaradacaqmı?
- Xeyr, heç bir problem olmayacaq. Biz hansı futbolçunun nəyə qadir olduğunu yaxşı bilirik. Ona görə seleksiya işini yüksək və düzgün qiymətləndirirəm.
- Köməyindən istifadə etmədiyiniz oyunçular komandadan kənarlaşdırılacaq?
- Bir neçə oyunçunu komandadan kənarlaşdırmağımız mümkündür. Premyer-Liqanın üç-dörd klubu həmin oyunçuların xidmətindən istifadə etməkdə maraqlıdır. Amma həmin oyunçuların hansı kluba gedəcəkləri barədə bir söz deyə bilmərəm.
- Komanda ikinci dövrəyə tam hazırdır?
- Bəli, komandama inanıram. Əla heyət qurmuşuq, hamısının gücünə əminəm.
- Axı çoxları hazırlıq prosesindən narazı olduğunuzu iddia edir. Bu, doğrudurmu?
- Xeyr, nədənsə narazı ola bilərəm. Misal üçün yoldaşlıq oyunlarında hansısa nəticə məni qane etməyə bilər. Amma sırf hazırlıq prosesi tam ürəyimcə oldu.
- Dövrənin startına qədər heyətə yeni oyunçular qatılacaqmı?
- Yox, artıq işimizi yekunlaşdırırıq. Bu gün Batista ilə altı aylıq müqavilə bağlanacaq, vəssalam.
- Bakıda olmaqdan məmnunsuz?
- Bəli, mən işimi sevirəm və burada işləməkdən də zövq alıram.
- Başqa klubdan təklif olsa, necə?
- Xeyr, getmərəm. Çünki mən pula əhəmiyyət vermirəm. Rəhbərliyin komandaya böyük dəstəyi həvəsimizi xeyli artırır. Başqa yerdə belə iş tapmaq çox çətindir.
- Mahmud Qurbanov barədə nə deyə bilərsiz?
- Əla futbolçudur, ondan razıyam, işinin öhdəsindən layiqincə gəlir.
- «Bakı»nın çempionluq şanslarını necə qiymətləndirirsiniz?
- Çətin olacağını bilirəm. «İnter», «Xəzər-Lənkəran», «Olimpik» kimi iddialı klubları yaddan çıxarmaq olmaz. Çempionluq uğrunda gərgin rəqabət olacaq. Hətta «Stantdard», «Qəbələ» ilə oyunlar da prinsipial xarakter daşıyacaq. Hərdən elə olur ki, yaxşı oynadığın halda uduzursan. Ona görə bütün rəqiblərlə görüşdə ehtiyatlı olmalıyıq. «Şinnik»lə yoxlama matçında qələbə qazanmaq üçün kifayət qədər şansımız vardı, amma 0:2 hesabıyla məğlub olduq. Bundan başqa, «Hacettepespor»la oyunda da eyni problemlə üzləşdik.
- Necə fikirləşirsiz, komandanızın gücü çempionluq üçün yetərli olacaq?
- Məncə, kifayət edər.
- Belə çıxır ki, ikinci dövrədə probleminiz olmayacaq?
- Müəyyən detallar ola bilər. Amma komandanı hazır hesab edirəm.
- Deyəsən, hakimliklə bağlı nəsə demək istəyirsiz...
- Ümid edirəm ki, ikinci dövrədə hakimlər oyunlarımızı daha ədalətli idarə edəcəklər. Azərbaycanda yaxşı hakimlər var, amma müəyyət çatışmazlıqlar mövcuddur. Birinci dövrədə bizə qarşı çox haqsızlıq oldu. İnanıram ki, ikinci dövrədə hakimlər səhvlərə yol verməyəcəklər. Ötən illərlə müqayisədə hakimlərdə xeyli dəyişikliklər olub. Əgər onlar oyunları doğru idarə etsələr, hakimlərə heç kim irad tuta bilməz.
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
"Real"a keçə bilər
Messi zədələnib?
Aşağı liqaya düşən klub baş məşqçisini göndərir
Yeni klubu Toralı belə təqdim etdi - Video
Toral Bayramov Türkiyə klubuna keçdi - Rəsmi
“Dünya çempionu olmaqla rəqiblərimizi qıcıqlandırmışıq”
Azərbaycan millisi Avropa çempionatına bu heyətlə yollanır
Vəli Qafarov: “Bütün rəqiblərdən təhlükə gözləyirik”
“Qəbələ” - “Mingəçevir” matçı FİFA referisinə tapşırıldı
Konte "Napoli"dən ayrıldı
İspaniya millisinin DÇ-2026 üçün heyəti
Coy Lens Mikels mükafatlandırıldı
"Araz-Naxçıvan"dan Tərlan Əhmədli qərarı
Bombardir "Şamaxı"dan getdi
"Arsenal" Premyer Liqa rekorduna imza atdı
Bombardir və mövsümün ən yaxşı hücumçusu oldu
Sergey Yuranın yeni klubu
Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
Azərbaycan millisində baş məşqçi ayrılığı
Haalanddan daha bir uğur
"Kəpəz"də yeni müqavilə
PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
Tanınmış qapıçı karyerasını başa vurdu
“Neftçi”də qalmağı çox istəyirəm" - Elvin Camalov
Azərbaycan U-20 millisinin heyəti açıqlandı
Nəriman yenə oynamadı
Keyn "Qızıl buts" qazandı
53 il sonra avrokuboklarda
"Deportivo" La Liqaya qayıtdı
"Arsenal" mövsümü qələbə ilə başa vurdu - Video
PSJ-nin 2 futbolçusu arasında gərginlik yaşanır - Video
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Barselona" müdafiə xəttini onunla gücləndirə bilər