“Seçmə mərhələdəki dördüncü matçımıza hazırıq. Seçmə mərhələyə yaxşı başlamışdıq, son oyuna kimi yaxşı gəlirdik. Amma Almaniya ilə oyunda üç xal itirdik. İndi həmin məğlubiyyətin səbəblərini araşdırmağa, çatışmazlıqarımızı aradan qaldırmağa çalışırıq. Hazırda bütün diqqətimiz sabahkı oyuna yönəlib. Mütləq üç xal qazanmağa çalışacağıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin çalışdırıcısı Qus Hiddink söyləyib.
Sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın qonağı olacaq “ay-ulduzlular”ın çalışdırıcısı bu gün keçirdiyi mətbuat konfransında nəyin bahasına olursa-olsun, qələbə qazanmağa çalışacaqlarını deyib: “Səhvləri düzəltmək üçün son dərəcə istəklə oynayıb, uğursuzluğun acısını unutdurmaq istəyirik. Belə bir durumda olan zaman oyunçular da vəziyyətin ciddiliyini anlamalıdır. Əgər sabah meydandan qələbə ilə ayrılsaq, AÇ-2012-nin final mərhələsinə gedən yolda əmin addımlarla irəliləmiş olacağıq. Heyətlə bağlı müəyyən problemlərimiz var. Arda Turanın vəziyyəti bəllidir. Aurelio da zədələndi və heyətdən çıxardıq. Qalan oyunçular oynamağa hazırdı. Başqa bir problemimiz yoxdur. İstənilən halda qalib gələcəyimizə inanıram. FİFA-nın reytinq cədvəlində 21-ci pilləyə yüksəlmişik. Bu da komandamızın gücündən xəbər verir. Almanlarla oyunda özümüzü dünya birincisi kimi apardığımıza görə, elə məğlubiyyətlə üzləşdik. Volkanın kobud səhvindən qol buraxdıq. Lakin o da bir insandır. Azərbaycan millisiylə oyunda isə həmin səhvləri təkrarlamamalıyıq. Bu komanda doğma meydanında çox yaxşı oyun sərgiləyir. Çətin rəqibdir. Çox güman ki, fərqli bir sistemlə oynayacağıq. Heç vaxt şablon bir sistem düşünməmişəm. Onsuz da bir sistemlə oynamaq mümkün deyil”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı