"Neftçi"nin oyunu bir az ağır oldu. Ümumiyyətlə, Avropada oynamaq asan deyil”.
Bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
O, "Neftçi"nin Çempionlar Liqasınının birinci mərhələsində Tbilisi “Dinamo”su ilə oyunu haqda danışarkən bildirib ki, komandanın heyəti tam formalaşmayıb: “Mövsüm yeni başlayıb, heyət formalaşmayıb. Köhnə futbolçuların sayəsində "Neftçi" qənaətbəxş çıxış etdi. Hələ öz oyunlarını tapmayıblar, lakin istək böyükdür. Bu, çox yaxşı haldır. Futbolçulardan Namiq və Eminin oyunlarını vurğulayardım. Rəqib "Dinamo"ya gəldikdə topla yaxşı rəftar edir, topu özlərində saxlaya bilirdilər. Gürcüstan futbolu əvvəllər daha dinamik idi, çox vaxt cinahlardan hücuma keçirdilər, driblinq və estetik keçidlərlə yadda qalıblar. Lakin indi başqa oyun nümayiş etdirirlər. "Neftçi" 5 müdafiəçi ilə oynayırdı, onlardan 3-ü mərkəz müdafiəçisi idi. Aralarında biri milliləşdirilmiş 20 yaşlı Mert Çelik idi. Yəni yeni heyətdir. Zaman lazımdır ki, komanda oyununu tapsın. Ayın 21-də "Neftçi" Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. “Neftçi”nin əsl gücü bax onda bilinəcək. O mənadaki rəqib güclüdür, demək olar hər il UEFA Çempionlar Liqasında mübarizə aparır. Elə klubla oynamaq lazımdır. Onlarda da hazırlıq dövrü gedir. Hələ onlarda çempionat başlamayıb. Lakin gürcülərdə çempionat davam edirdi”.
Təcrübəli mütəxəssis Konfrans Liqasında çıxış edəcək klublarımızın haqda da fikir bildirib: “Hazırlıq elə bir şeydir ki, futbolçu nə qədər güclü olsa, hazırlıq da bir o qədər yaxşı olar. Yerli futbolçularımızdan güclü olan legionerlər Azərbaycana gəlmək istəmirlər. Gərək onları tapasan, danışıq aparasan, razı salasan. Bu da maliyyənin başında duran bir şeydir. Qəribə haldır ki, biz gedib aşağı səviyyədə olan futbolçuları gətiririk. Yerli oyunçularımız isə onlardan heç geri qalmır. Onlar futbolumuza daha çox xeyir verə bilər, nəinki xaricdən gələn lazımsız futbolçular. Klublarımızın yoldaşlıq görüşlərini izləyirəm. "Qarabağ"ın səviyyəsi var, onu qoruyub saxlayır. Sonuncu oyun Bundesliqa təmsilçisi "Ausqburqla" oldu, 2:2 bərabərə qaldı. Bu, çox yaxşı nəticədir. Yoldaşlıq görüşlərinin də mahiyyəti var, futbolçuların hazırlıq səviyyəsi üzə çıxır. Bundan başqa gərək məğlub olmayasan. Ona görə ki, uduzanda futbolçuların psixoloji durumu yaxşı olmur. Beynində 100 dənə fikir yaranır. Bu isə komandaya baha başa gələ bilər. Əsas odur ki, futbolçuların psixoloji durumu yaxşı olsun. "Neftçi"nin psixoloji durumu yaxşıdır. Həm Tbilisi, həm də Bakıda bunun şahidi olduq. Ümumiyyətlə, elə sizin vasitənizlə xəbər tuturuq ki, "Keşlə", "Sumqayıt" kimlərlə oynayır, hesab necə olur. İnşallah, gələn həftə Konfrans Liqasında oyunlar başlayır. Özlərinə inansınlar, əzmkar olsunlar və hər biri mərhələ keçsin. Mən bunu arzulayıram”.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib