“AÇ-2012-nin seçmə mərhələsində ilk ev oyunumuza çıxırıq. İlk iki oyunda məğlub olduq. Amma həmin oyunlar gələcəklə bağlı xoş təəssüratlar yaratdı. Biz inkişaf edirik, futbolçular daha yaxşı oynamağa başlayıb. Biz güclü rəqiblərə yenilmişik. Almaniya son dünya çempionatının bürünc mükafatçasıdır. Heyətdəki itkilərimiz öz sözünü dedi. Üç futbolçumuzun zədə problemi var. Əfran İsmayılovun xeyli müddət zədə üzündən oynamağı təsir göstərdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Berti Foqts söyləyib.
Sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Türkiyə yığmasıyla qarşılaşacaq millimizin çalışdırıcısı bu gün keçirdiyi mətbuat konfransında azarkeşlərdən və jurnalistlərdən dəstək istəyib: “İki səfər görüşündən sonra ilk ev oyununa çıxacağıq. Həmin görüşlərdə azarkeşlərin öz komandalarını necə dəstəklədiyini gördünüz. İstərdim ki, sabah Türkiyə ilə oyunda da azarkeşlər bizə belə dəstək versin. Hamınızdan dəstək gözləyirəm. Ümid edirəm ki, futbolçular da meydana tam sərbəst çıxacaq və öz oyununu oynayacaq. Türkiyə ilə görüş də çətin keçəcək. Ancaq istənilən halda daha yaxşı nəticə əldə etməyə çalışacağıq. Oyunçularımdan yaxşı oyun tələb edəcəyəm. 90 dəqiqə ərzində 1 qol vəziyyəti yaratmaq azdır. Bizim AFFA ilə birgə uzunmüddətli proqramımız var. 20 il əvvəl Türkiyədə də həmin variantdan yararlanıblar. O zaman Türkiyəyə almaniyalı mütəxəssis dəvət olunmuşdu. İndi də bu təcrübədən yararlanmaq istəyirik. İnkişaf üçün vaxt lazımdır. Sabah futbolçular öz vətəni üçün vuruşmağa hazırdırlar. Onlar mənim verdiyim taktiki sxemlə oynamalıdırlar, şou göstərmək üçün yox. Müdafiədən hücuma qoşulmaqla bağlı da müəyyən problemlərimiz var”.
Foqts bildirib ki, məşq zamanı bir sıra gözlənilməz problemlərlə də qarşılaşıb: “Suraxanı stadionunda hazırlıq üçün gedən zaman qapının toru yox idi. 15 dəqiqə qapının torunun taxılmasını gözlədik. Meydançanın ot örtüyü da ağır vəziyyətdə olub. Belə hallar inkişafa yeni başlayan ölkələrdə olur. Bizim uzunmüddətli proqramımız var. İnanırıq ki, Azərbaycanda da futbol Türkiyədəki kimi inkişaf edəcək”.
Yığmamızın çalışdırıcısı Maksim Medvedyevin zədələnməsinə görə təəssüfləndiyini bildirib: "Maksimin zədələnməsi bizim üçün heç də yaxşı olmadı. Buna görə təəssüflənirəm. O, gənc və prespektivli futbolçudur. Üzərində işləsə və inkişaf etsə, bir neçə ildən sonra Türkiyə çempionatında və ya Bundesliqada oynaya bilər".
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı