“Klubla yeni müqaviləni imzalamışam. Hər şey qaydasındadır. Məşqlər plana uyğun gedir. Hazırlığa görə bazada qalırıq. Zamanla toparlanıb fiziki gücümüzü yığmağa çalışırıq. Komanda ruhu var. Futbolçular çox istəklidir. Əsasən yerli uşaqlardan ibarətdir. Yeni qoşulanlar da olur. Tez bir zamanda uyğunlaşacaqlar”.
Bu sözləri Qol.az-a açıqlamasında "Səbail" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib. O, “ötən illə müqayisədə maaşında irəliləyiş varmı?” sualına cavabında bildirib: “Ötən mövsüm cuzi məbləğə oynadım. Bu il də büdcə aşağı enib. Demək olar ki, ötən ilki ödəniş yerində qalır”.
"Neftçi"nin Çempionlar Liqasındakı çıxışına toxunan Ə.İsmayılov qeyd edib ki, "Dinamo" ilə ilk matçın ağır keçdiyini söyləyib: “Rəqib məşqçi Kaxaber Sxadadze bizimkiləri yaxşı tanıyır. İkinci qolda "Neftçi"nin şansı gətirdi. "Neftçi"yə uğurlar arzulayıram. Bakıda qələbə qazansa, yaxşı olar. Üstünlüyü daha çox olacaq. "Dinamo" ciddi rəqibdir. Düzdür, büdcəsi və futbolçuları güclü olmasa da, yaxşı məktəbləri var. Ona görə də oyuna ciddi hazırlaşmaq lazımdır. “Neftçi” mərhələ keçsə, Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq. Maraqlı oyun olacaq. Qələbə qazanmaq mümkündür”.
Ə.İsmaylov “Qarabağ”da komanda yoldaşı olmuş Mahir Emrelinin “Legiya”da çıxışına da münasibət bildirib: “Mahirin çıxışı ürəkaçandır. Hər kəs onun uğurunu istəyir. İlk rəsmi oyunda 2 qol vurması yaxşı göstəricidir. Davamı gəlsin və daha böyük komandalara transfer olunsun. Polşa həqiqətən yaxşı tramplindir. Səbrli olsaq, böyük uğurlarını görə biləcəyik”.
O, azərbaycanlı futbolçuların xarici klublara keçməsindəki əngəllərə də toxunub: “Onlar yəqin ki, Bakıda, Azərbaycanda qalmağa çox meyl göstərirlər. Həm də burda daha çox pul qazanırlar. Xaricdən az maaş təklif olunan yerə isə getmək istəmirlər. Bu, özümə də aiddir”.
Milli çempionatların oyunları xaricdə keçirilə bilər
Məhsuldar ötürmələri ilə rekorda imza atdı
"Qarabağ" derbidə belə qalib gəldi - Video
Daha 2 güləşçimiz Avropa çempionu oldu
İngiltərə Kubokunun finalçıları bəlli oldu
Azərbaycan derbisində qalib yenə “Qarabağ” oldu
"Qalatasaray" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazandı
Rəqibin saçını dartan futbolçu cəzalandırılmadı - Şəkil
"Şamaxı"nın qələbəsindən - Video
6 qol, 1 qırmızı vərəqə
"Pley-off haqda düşünmək istəmirəm" - Azər Bağırov
"Bəzən futbolumuzu şouya çevirmək istəyirik" - Ayxan Abbasov
"Real" La Liqanı məhkəməyə verdi