Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Bernard Lippert AFFA-nın rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Almaniyada və İspaniyada keçirilən təlim-məşq toplanışları barədə fikirnizi bilmək maraqlı olardı…
- Sentyabrın 27-dən oktyabrın 1-nə qədər Almaniyada hazırlıq prosesi keçdik. Toplanış zamanı əsasən güc və dözümlülük üzərində işlədik. Çünki futbolçuların əksəriyyətində bunlarla bağlı çatışmazlıqlar var idi. Təbii ki, güc və dözümlülük üzərində çalışmaq futbolçularda yorğunluq yaratdı. Biz də onları yorğunluq fonunda yoxlama oyunlarında sınadıq. «Hoffenhaym»la yoldaşlıq görüşünü bu planda keçirdik. Oktyabrın 1-dən 9-na qədər isə İspaniyada təlim-məşq toplanışında olduq. İspaniyada əsasən taktiki planda çalışdıq. Hazırlıq keçmək üçün yaxşı şərait yaradılmışdı. Oteldən tutmuş məşq etdiyimiz meydançaya qədər hər şey bizi qane etdi. Ümumiyyətlə, yaxşı hazırlıq keçmişik.
- Ötən seçmə mərhələ başa çatdıqdan sonra yaş həddi ilə əlaqədar əsas heyətdə oynayan bir neçə futbolçu komandadan ayrıldı. Gedənlərin yerini doldura bilmisinizmi?
- Bəli, qeyd etdiyiniz səbəbdən komandadan 5-6 futbolçu ayrıldı. Onların yerini doldurduğumuzu düşünürəm. Çünki bu gün də komandada istedadlı futbolçular toplaşıb. Yaş həddini keçməyənlərdən isə, Araz Abdullayevin yoxluğu bizin üçün itkidir. O, hücumameyilli oynadığından, komandaya faydası çox idi. Digər tərəfdən, onun bu gün əsas millidə çıxış etməsi bizim üçün uğurdur.
- Rəqiblər haqda hansı informasiyaya maliksiniz?
- Portuqaliya, Yunanıstan və Gürcüstanın aşağıyaşlı futbolçulardan ibarət yığma komandaları həmişə güclü olurlar. İlk rəqibimiz olacaq Portuqaliya yığması sonuncu Avropa çempionatının final mərhələsində iştirak edib. Yunanıstan isə topların nisbətinə görə, finala mərhələsinə yüksələ bilmədi. Ümumiyyətlə, bu yaş dövründə sənin necə oynamağından da çox şey asılıdır. Futbolçular meydanda maksimum dərəcədə səbirli olmalıdırlar. Yəni yerli-yersiz müdafiəni unudub hücuma qoşulmaq olmaz. Səbirli oynayib, rəqibi tora salmalısan.
- Ötən il keçirilən ilkin qrup mərhələsinə autsayder kimi yollansaq da, ardıcıl iki qələbə ilə elir-raunda vəsiqə qazandıq. Bu dəfə yenə bu uğuru təkrarlaya biləcəyikmi?
- Hər dəfə güclü komandaları udub, mərhələ adlamaqla sürprizə imza atacağımızı deyə bilmərəm. Bəli, yenə qrupun autsayderiyik. Ancaq yaxşı nəticə qazanacağımıza inanıram. Ümumiyyətlə, bu cür turnirlərdə uğuru reallaşdıran bir neçə faktor var. İsrail yığması ötən il bizi ciddi rəqib kimi qəbul etmədi. Ancaq onlardan fərqli olaraq, Portuqaliya komandası bizimlə oyuna ciddi hazırlaşır. Bundan başqa, Portuqaliya ilə İsrail yığmalarını eyniləşdirmək olmaz. Həm də birinci oyundan çox şey asılıdır. Onu bilirəm ki, Portuqliya bizim haqqımızda məlumat toplamağa çalışıb.
- Komandada ab-hava necədir? Oyunöncəsi futbolçularda həyəcan varmı?
- Uşaqların oyuna kökləndiklərini deyə bilərəm. Həyəcanlı deyillər, amma oyunun məsuliyyətini dərk edirlər. Ancaq yaxşı nəticə qazanmaq haqda düşünürlər.
- Heyətdə zədəli və ya cəzalı futbolçu varmı?
- Xeyr, nə zədəli, nə də cəzalı oyunçumuz var. Həm də rəqabəti artırmaq üçün yığmanın toplanışına çoxlu futbolçu dəvət etmişdik. Sərəncamımızda olan futbolçular arasından fiziki cəhətdən ən güclülərini seçmişik.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı