Bu gün futbol üzrə əsas yığmamız AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxdı. Qol.Az-ın məlumatına görə, ilk oyununu səfərdə Almaniyaya qarşı keçirən və biabırçı məğlubiyyətlə (1:6) üzləşən millimiz cari seçmə tiskldəki ikinci oyununu da rəqib meydanında keçirdi. Bu dəfəki rəqib isə, Avstriya millisiydi. Həmin Avstriya ki, indiyə qədər bu ölkənin seçmə komandasıyla bir seçmə mərhələdə üz-üzə gəlmişdik. DÇ-2006-nın seçmə mərhələsində qarşılaşdığımız avstriyalılarla səfər oyununda iki cavabsız qolla məğlub olan millimiz Bakıdakı qarşılaşmada qolsuz heç-heçəyə nail olmuşdu. Tarixində 3-cü dəfə bu komandayla qarşılaşan yığmamız nəhayət bu dəfə arzuolunmaz rəqibi üzərində qələbə qazanmaq, ən azı xalla dönmək istəyində idi. Tarixinin 169-cu oyununa çıxan millimiz 18 illik tarixi ərzində həmin matçlardan yalnız 29-da rəqiblərini məğlub etməyi bacarmışdı. Avstriyalılarla dueldə təmsilçimiz həm də yubiley qələbəsini rəsmiləşdirə bilərdi. Lakin təəssüf ki, həmişə olduğu kimi yenə bəslədiyimiz böyük ümidlər puça çıxdı. Elə ilk dəqiqələrdən erkən qola üzülən millimizi fasiləyədək Avstriyanın "Verder"də top qovan iki legioneri - Prödllə Arnautoviç cəzalandırdı. Fasilədən sonra Arnautoviç daha bir qol vurmaqla həm dublunu, həm də matçın yekun nəticəsini müəyyənləşdirdi. Lakin komandamızın bu qarşılaşmada haqsızlıqla da üzləşdi. Matçın baş hakimi epizodların birində Rauf Əliyevə qarşı təmiz qayda pozuntusuna görə penalti vermədi. Beləcə, yığmamız cari mövsümdə ikinci seçmə oyununda da darmadağınla üzləşdi.
AÇ-2012-nin seçmə mərhələsi
8 oktyabr
23:30. Avstriya – Azərbaycan - 3:0
QOLLAR: Prödl, 3 (1:0). Arnautoviç, 53 (2:0). Arnautoviç, 90+2 (3:0).
Hakimlər: Nikolay Vollkvarts, Torben Yensen, Henrik Kristensen, Kenn Hansen (hamısı Danimarka).
Hakim-inspektor: Mişel Votro (Fransa).
UEFA nümayəndəsi: Dmitru Mihalaçe (Rumıniya).
Vyana. “Ernst Happel” stadionu
AVSTRİYA: 1. Yurgen Maxo, 3. Frans Şimer, 5. Kristian Fuks (k), 8. Zlatko Yunuzoviç, 11. Marko Arnautoviç, 15. Sebastyan Prödl, 16. Pol Şarner, 17. Florian Kleyn, 19. Martin Harnik, 20. Roland Lins, 22. Stefan Mayerhofer.
Ehtiyat oyunçular: 23. Kristian Qratsey, 2. Aleksandr Draqoviç, 7. Roman Valner, 9. Ervin Hoffer, 10. Yakob Yantsçer, 13. Veli Kavlak, 14. Yulian Baumqartlinger.
Baş məşqçi: Didi Konstantini.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 2. Rail Məlikov, 3. Saşa Yunisoğlu, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov, 9. Samir Abasov, 10. Elvin Məmmədov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 19. Rahid Əmirquliyev.
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 6. Rəşad Sadiqov, 8. Aleksandr Çertoqanov, 13. Vurğun Hüseynov, 15. Ruslan Abuşov, 17. Vüqar Nadirov, 22. Araz Abdullayev.
Baş məşqçi: Berti Foqts.
Oyun başladı. Milli komandamız uğurlar arzulayırıq!
3. İlk dəqiqələrdən hücuma atılan meydan sahibləri künc zərbəsi zamanı Prödl dəqiq baş zərbəsiylə hesabı açdı
5. Rəşadın təhlükəli zərbəsi. Qapıçı komandasını qoldan xilas edir.Künc zərbəsi isə bəhrəsiz qaldı
7. Elnur matçda ilk sarı vərəqə alan futbolçu olur. O, Fuksu kobudluqla dayandırdı.
10. Hesabı açan Prödl də sarı vərəqə alır. O, isə Raufa qarşı kobud oyuna görə xəbərdarlıq alır
Millimiz tədricən oyunu meydanın rəqibə aid hissəsinə keçirməyə və hücumlar qurmağa çalışır
17. Railə qarşı qayda pozuntusu. Lakin cərimə zərbəsini yerinə yetirən komandamızın üzvləri qol vurmağı bacarmır
24. Şarnerin qapı qarşısına təhlükəli asmasını son anda Kamran tuta bildi. Lakin o, ardınca az qala çox kobud səhvə yol verəcəkdi. Yaxşı ki, hər şey xoş sonluqla başa çatdı
26. Qapımız qarşısında çox təhlükəli hücum. Mayerhoferin yaxın məsafədən baş zərbəsini Kamran əla reaksiyayla qaytarmağı bacarır
29. Yunuzoviçin qapıya zərbəsini Kamran zərərsizləşdirir
36. Saşa Yunisoğlu kobud oyuna görə komandamızın heyətində sarı vərəqə alan ikinci futbolçu olur
41. Mayerhoferin uzaqdan zərbəsini Kamran əla reaksiya nümayiş etdirərək qaytara bildi
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Komandamız hesabı bərabərləşdirməyə cəhd göstərsə də, hələlik rəqib müdafiəsini yarmaq milli üzvləri üçün problemdir
53. Arnautoviç ikinci qolu qapımızdan keçirir - 2:0
54. Oyunda ilk əvəzetməni meydan sahiblərinin çalışdırıcısı həyata keçirir. Konstantini Harniki Fatih Kavlakla əvəzləyir
59. Foqts da dəyişikliyə əl atır. Elvinin əvəzində meydana Vüqar Nadirovu buraxdı
59. Meydan sahiblərində isə Linsi Ervin Hoffer əvəzlədi
66. Şarner az qala növbəti qolu qapımızdan keçirəcəkdi. Son anda azacıq qeyri-dəqiqlik onun fərqlənməsinə mane oldu
Buraxılan ikinci qoldan sonra artıq komandamız daha həvəssiz oynamağa başlayıb. Meydan sahibləri isə əksinə ardıcıl hücumlarla növbəti qol axtarışındadırlar
71. Az qala qapımızda növbəti qolu görəcəkdik. Son anda Elnur topu uzaqlaşdıra bildi
73. Rauf cərimə meydançasında Prödl tərəfindən kobudluqla dayandırılsa da, hakim penalti əvəzinə futbolçumuza sarı vərəqə verdi. Halbuki aşkar kobudluğa məruz qalan futbolçumuz heç bir simulyasiyaya əl atmamışdı
74. Komandamızın heyətində növbəti əvəzləmə. Vaqifi bu gün ad gününü qeyd edən Rəşad Sadiqov əvəzlədi
78. Yunuzoviç Baumqartlingerlə əvəzlənir
79. Komandamız künc zərbəsi zamanı fərqlənmək şansını əldən verir
Yığmamız demək olar ki, təslim olduğundan oyunun başa çatmasını gözləyir. Meydan sahibləri isə top saxlamağa çalışır
Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Arnautoviç komandasının 3-cü, özünün 2-ci qolunu vurur - 3:0
Matç başa çatdı
Millimizin yer aldığı A qrupunda hazırkı vəziyyət:
| 1 | Almaniya |
3 | 3 | 0 | 0 | 10-1 | 9 |
| 2 | Türkiyə |
3 | 2 | 0 | 1 | 6-5 | 6 |
| 3 | Avstriya |
2 | 2 | 0 | 0 | 5-0 | 6 |
| 4 | Belçika |
3 | 1 | 0 | 2 | 4-4 | 3 |
| 5 | Azərbaycan |
2 | 0 | 0 | 2 | 1-9 | 0 |
| 6 | Qazaxıstan |
3 | 0 | 0 | 3 | 0-7 | 0 |
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı