Konstantini: “Azərbaycanlı oyunçular sirli qutuya bənzəyir”

Konstantini: “Azərbaycanlı oyunçular sirli qutuya bənzəyir”
ÖLKƏ FUTBOLU 7 Oktyabr 2010 / 17:51 3033
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah millimizlə qarşılaşacaq Avstriya yığmasının baş məşqçisi Didi Konstantini bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, meydana yalnız üç xal qazanmaq məqsədilə çıxacaqlarını bildirən Konstantini millimiz haqqında da maraqlı açıqlamalar verib: “Oyunun çox gərgin keçəcəyini bilirəm. Lakin biz rəqibin oyunlarını yaxşı analiz etmişik. Azərbaycan yığmasının heyətindəki bəzi futbolçular sirli qutuya bənzəyir. Onların meydanda necə oynayacağını təxmin etmək olmur. Yəni istənilən futbolçuları ön plana çıxa bilər. Buna görə də, futbolçularım oyuna daha yaxşı adaptasiya olmalıdır. Əks təqdirdə biz üç xaldan məhrum ola bilərik. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa da böyük hörmətim var. O işini bilən bir mütəxəsisdir. Qazaxıstanı  son dəqiqidə vurulan qollarla məğlub etdik. Azərbaycanla oyunda isə erkən qol vurmağı düşünürük. Lakin bu heç də asan olmayacaq. Çünki Azərbaycan yığması Qazaxıstan millisindən qat-qat güclüdür. Avstriya millisinin oyunun favoriti sayılması futbolçuların meydana təzyiq altında çıxacağına səbəb olacaq. Bu isə bizi narahat etməyə bilməz. Lakin mən futbolçularıma meydanda təmkinli olmağı tapşırmışam. İnanıram ki, sabahkı oyunda qalib gələn tərəf məhz biz olacağıq”.


Son xəbərlər
23.07.25  14:39

Ferqyuson "Roma"da

23.07.25  10:17

"Sumqayıt"da ayrılıq