Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Avstriya ilə AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək oyundan qabaq bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis problemlərdən şikayətlənsə də, səfərdən xalla dönmək arzusunda olduqlarını gizlətməyib.
- Komandamın hazırlığı barəsində nəsə danışmaq istəmirəm. Nəyə görə oyun qabağı sirrlərimi açım?!
- Ruslan Abışovun sağalmasını nəzərə alsaq, heyətdə hansı dəyişikliklər baş verəcək?
- Ruslan zədədən qayıdandan sonra cəmi 20 dəqiqə oynayıb. Bu çox azdır. Məni Maksim Medvedyevin yoxluğu narahat edir. Onun böyük potensialı var. Qarşımızda məğlub olmamaq vəzifəsi durur. Əgər rəqib bizə oynamağa imkan versə, biz lazımi nəticəni əldə edə bilərik.
- Nəyə görə üçüncü qapıçı olaraq məhz Aqil Məmmədov çağırılıb?
- O, yaxşı göstəricilərə malikdir. Həmçinin Səlahət Ağayev zədəlidir. Gəncləri cəlb etmək lazımdır.
- Almaniya ilə oyundaki 1:6 hesablı məğlubiyyətdən sonra Avstriyada məğlub olmamaq haqqında danışmaq nə dərəcədə düzgündür?
- Bizim komandamız gəncdir. Biz nəticə istəyirik. Unutmayın ki, avstriyalılara qarşı oynayırıq və cəmi dörd gündən sonra Bakıda Türkiyə ilə qarşılaşmamız var. Futbolçularımın ərksəriyyəti Azərbaycan çempionatında çıxış edir və onlar gərgin oyun qrafikinə öyrəşməyib. Lakin texniki və taktiki cəhətdən yaxşı hazırlaşmışıq.
- Nəticə əldə etmək üçün hücum futbolu oynamaq lazımdır. Deməli bu dəfə komanda Kölndəki kimi oynamayacaq?
- Deməzdim ki, biz yalnız hücumda oynayacayıq. Avstriya ciddi bir rəqibdir. Qazaxıstan üzərində əldə olunan çətin qələbədən sonra onlar bizə qarşı ciddi yanaşacaq. Arxayınçılıq olmayacaq. Mən bunu ona görə deyirəm ki, Avstriya mentalitetinə bələdəm. Yığmanın böyük problemlərindən biri – buraxılan qollardan sonra komanda sona qədər oynamır. Bununla bağlı gənc futbolçuları tənqid edə bilmərəm. Mən təcrübəyə əsaslanıram. Məhz təcrübəli oyunçular gəncləri "oyatmalı", lazım gələndə isə danlamalıdır ki, komanda özünə gəlsin. Əminəm ki, Almaniya ilə ilk yarının son dəqiqələrində iki top buraxmasaydıq, ikinci hissədə rəqib böyük çətinliklərlə üzləşəcəkdi.
- Avstriyada kiminlə dostluq edirsiniz?
- Baş məşqçi və ölkənin federasiyasının prezidenti ilə tanışam. Yadımdadır, DÇ-1982-də bir hadisə baş verdi. O zaman AFR və Avstriya minimal hesablı (1:0) qələbə haqqında razılaşdılar ki, bu da Əlcazair komandasını ikinci mərhələyə çıxmağa imkan vermirdi. Bu oyundan sonra mən Almaniya yığmasını tərk etdim. Bundan sonra isə komanda daha yaxşı oynamağa başladı. Ümumiyyətlə mənim çoxlu dostum var. Lakin cümə günü onları məyus etmək istəyirəm.
- Əgər Vyanada siz uğur əldə edə bilsəniz, bu həmkarınız Didi Konstantinin işinə son qoya bilər...
- Mən məşqçilərin istefaya göndərilməsi ilə məşğul olmuram. Mənim işim öz kollektivimin işinə baxmaqdır. Həmçinin həmkarımın işini təhlil etmək istəmirəm.
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı