AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah millimizlə qarşılaşacaq Avstriya yığmasının kapitanı Mark Yanko bu oyunu buraxa bilər. Qol.Az-ın Avstriya Futbol Federasiyasının rəsmi internet saytına istinadən verdiyi məlumatına görə, “Tvente” klubunun hücumçusu məşq zamanı qasıq nahiyyəsindən zədə alıb. Futbolçunun millimizə qarşı oynayıb-oynamayacağı hələ sual altındadır. Avstriya millisində baş məşqçinin köməkçisi işləyən Manfred Tsak Markın zədələnməsinə öz münasibətini bildirib: “İnanıram ki, Mark cümə axşamı baş tutacaq oyunda iştirak edəcək. O millinin əsas hücumçusudur. Markın zədələnməsi komanda üçün böyük itkidir. Lakin Markın oynamaması da bizim taktikanı dəyişməyəcək. Biz doğma meydanda hücumameyilli futbol oynayacağıq. Əgər Mark meydana çıxa bilməzsə, onun əvəzinə Stefan Mayerhoferi oynatmağı düşünürük”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı