“Ardanın durumuyla bağlı xoşagəlməz bir vəziyyətlə üzləşsək, onu heyətdən kənarlaşdıracağıq. Azərbaycan matçı da ən azı Almaniyayla oyun qədər önəmli bir qarşılaşmadır. Təbii ki, bu oyunlarda Ardanın iştirakını çox istərdik. Ancaq belə olunca, ona alternativlər fikirləşməyə məcburuq. Bəzi alternativlərimiz var. Amma bunu mediaya açıqlamaq hələ tezdir. Oyun günü bunu hamımız birgə görəcəyik. Ardanın zədəsi həftələr öncə olmuş hadisədir. Milli komandanın tibbi heyətinə yönələn ittihamları qəbul etmirəm. Əksinə, bu ittihamlar qarşısında əsəbləşirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan, sabah səfərdə Almaniyanın qonağı olacaq, bundan 4 gün sonra Bakıda qarşılaşacağımız Türkiyə millisinin çalışdırıcısı Quus Hiddink dilə gətirib.
Dünən Bundestimlə oyun ərəfəsində jurnalistlərin suallarını cavablandıran hollandiyalı mütəxəssis əsasən “ay-ulduzlular”ın düşərgəsində yaşanan Arda Turan şokuna geniş yer ayırıb. Hələ Avstriya ilə oyunda sıradan çıxan, srağagün isə Almaniyadakı son hazırlıqlar zamanı məşqi yarımçıq tərk edən və ən azı 6 həftə yaşıl meydanlardan kənar qalacaq gənc yarımmüdafiəçini riskə atmaq istəmədiyini bildirib: “Arda oynasa, buna hamımız sevinəcəyik. Amma mən də bir mütəxəssis kimi, hətta Arda özü oynamaq istəsə belə, onu riskə atmaram. Hakan Balta üçün də eyni fikirdəyəm. Milli üzvlərinin sağlamlığıyla məşğul olan həkimlərimizlə qürur duyuram. Bu zədələrdən sonra onlar çox müzakirə olunur, ittihamlar səslənir. Mən onların bütün işlərini dəqiqliklə yerinə yetirdiyinə əminəm və hər zaman onları arxasındayam. Heç kim onları haqsız yerə günahlandıra bilməz. Bunun əvəzində Ardanın bu zədəsini necə aradan qaldırmaq barədə düşünməyimiz lazımdır”.
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı