AFFA-nın Hakimlər Komitəsi referi Elnur Muradovu müəyyən müddətədək hakimlikdən uzaqlaşdıracaq. Bu haqda Qol.Az-a komitənin sədri Xaqani Məmmədov bildirib. O, Muradovun «İnter» - «Muğan» oyununda səhvlərə yol verdiyini etiraf edib. Lakin X.Məmmədov cəzanın hansı müddəti əhatə edəcəyini açıqlamayıb: «Biz bu müddəti açıqlamırıq».
X.Məmmədov E.Muradovun «İnter»dən rüşvət alması və bu komandaya kömək etməsi barədə iddiaları təkzib edib: «Belə bir şey ola bilməz».
Xatırladaq ki, AFFA-nın İntizam Komitəsi Hakimlər Komitəsinə E.Muradov barəsində ölçü götürməyi tapşırıb.
Komitə sədri «Xəzər Lənkəran» - «Bakı» oyunun idarə edən Fariz Yusifovun meydan sahiblərinin qapıçısı Kamran Ağayevin «Bakı»lı futbolçu Vyaçeslav Sofronini vurduğuna görə cəzalandırmamasına da münasibət bildirib: «Həmin vaxt «Bakı» qol vurduğu üçün hakim meydanın mərkəzinə gedirdi və o epizodu görmədi. Amma görməliydi. Bütün hallarda Yusifovun bu səhvi ciddi səhv deyil».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı