«Bakı» klubu AFFA İntizam Komitəsinin bu gün futbolçuları Jabayla bağlı çıxardığı qərara etiraz edib.
"Xəzər Lənkəran" - "Bakı" matçının 74-cü dəqiqəsində "Bakı"nın futbolçusu Jaba kobud oyuna görə (rəqibə əl ilə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub. Matçın hakimi oyunun 85-ci dəqiqəsində "Xəzər Lənkəran"ın futbolçusu Kamran Ağayevin rəqibə əl ilə zərbə endirdiyini görmədiyi üçün oyunun video yazısı və hakim-inspektorun raportuna əsaslanaraq futbolçu 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimələnib.
«Bakı»nın vitse-prezidenti səlahiyyətlərini icra edən Zeynal Məmmədov Qol.Az-a bildirib ki, təmsil etdiyi klub bu qərarla əlaqədar apelyasiya şikayəti vermək fikrindədir. «Siz özünüz fikirləşin, bu, doğru qərardımı? AFFA-nın qərarlarına hörmətlə yanaşsaq da, Jabayla bağlı qərarı düzgün hesab etmirik. Kamran Ağayev bizim futbolçunun dodağını vurub partladıb və buna görə onunla bağlı qərarı normal qarşılayırıq. Jaba isə rəqibi vurmayıb, buna cəhd göstərib. Mənim başım çıxmır, orda oturanlar nə işlə məşğuldular. Bu, çox ağır cəzadır. Mən Jabaya ən uzağı iki oyunluq cəza veriləcəyini gözləyirdim».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı