Ötən gün Unibank Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutan “Xəzər Lənkəran” – “Bakı” oyununda lənkəranlı azarkeşlərin qaldırdığı bir plakat “Bakı” klubunun narazılığına səbəb olub. Qol.Az-ın məlumatına görə, “Sevirəm Xəzərin qucağındakı, ey əziz, ey gözəl, mehriban Bakı” şüarına paytaxt klubu rəsmi saytı vasitəsi ilə etiraz edib. Həmin etirazı olduğu kimi diqqətinizə çatdırırıq:
“Unibank Premyer Liqasının 8-ci turunun "Xəzər Lənkəran" - "Bakı" qarşılaşması bir qrup yerli azarkeşin etik normalara uyğun gəlməyən, milli mentalitetimizə yad və təhqir xarakterli banner qaldırması ilə müşayət olundu. Təəssüf ki, nə həqiqi futbol azarkeşləri, nə də meydan sahiblərinin rəsmi nümayəndələri bu rüsvayçı hala münasibət bildirmədilər.
Oyundan əvvəl "Bakı" klubu tərəfindən səsləndirilən dostluq və qardaşlıq müraciətinə cavabın belə formada verilməsi Lənkəran azarkeşlərinə yaraşmır. Biz inanırıq ki, həqiqi futbol tərəfdarları Lənkəran futbolu adına ləkə gətirən həmin şəxslərin cəzalandırılmasını təmin edəcəklər.
"Bakı" futbol klubu analoji halların yolverilməzliyini yerli klub nümayəndələrinin diqqətinə çatdırır, bunun nəticəsində baş verə biləcək bütün arzuolunmaz olayların məsuliyyətinin, məhz, "Xəzər Lənkəran" klubunun üzərinə düşəcəyini bildirir”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı